Təsadüfüm.

27 Ocak 2015
4 556
4
Təsadüfüm.
Təsadüfüm.

Mənasız saydığım bir dövürdə təsadüfən girdin həyatıma. Hər şeyi dəyişdin. Çətini sevdim səninlə. Özünlə gətirdin bütün sevincləri və sevgiləri. Qınadılar məni, səni təsadüfən tanıdığım üçün. Sənin bir başqa dünyanın insanı olduğunu, əslində mənim o dünyada yerimin olmadığını, mənimsə dəli olduğumu dedilər zaman-zaman. Heç nə düşünmədim. Mənim üçün bir sən var idin. Bütün dünyama bəs edən bir sən...
Səninlə sevdim hər şeyi. Səbr etməyi, bağışlamağı, laqeyd olmağı, düşündüklərimi deməyi...Əslində sevmədiyim hər şeyi səninlə öyrəndim və sevdim. Bilmirəm mənim üçün kimsən. Dostmu, yoxsa...? Dəyərlisən mənim üçün, bircə bunu bilirəm...Dünyamsan mənim... Dünyanın belə sığmaqda acizlik çəkdiyi dünyam...
Sənin ala gözlərinlə baxmağı sevirəm bütün kainata. Anlayırsan məni? Başa sala bilmirəm hislərimi. O qədər dəyərlisən ki... Hislərimin adını nə qoyacağımı bilmirəm. Ucuzlaşmağındanmı qorxuram görəsən duyğularımın? Yoxsa səni itirməkdənmi?
Desələr bu eşqdir, inanmaram. Ya da inanmamaq üçün israr edərəm. Bir ömür boyu yanımda deyil, beynimdə, ruhumda olmağını istəyirəm. Səninlə düşünməyi sevirəm...Səninlə sən olmasan belə, dərdləşməyi sevirəm... Sevincimi elə beynimdəki, ürəyimdəki səninləbölüşməyi sevirəm...
Hərdən özüm belə öz duyğularımdan qorxuram. Ancaq eşqdə bir şəhvət,ehtiras vardır. Axı sən mənim xəyalımda belə toxunmaqdan çəkindiyimsən... Ancaq sən həmişə mənimsən...

Unut hər şeyi...Hətta varlığım əzab versə sənə, məni belə unut...
Nə olursa olsun, kiminlə olursan ol, unutma ki, sən dualarımda hər gün dilə gətirdiyimsən...Sən mənim sadəcə təsadüfümsən...Bütün ömrümə sığan təsadüfüm...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
Dear..
Qəşəng sözlər vardı əllərinə sağlığ
▶❤❤ ✦ U r E k L e R d E ✦ ❤❤◀
maraqlidi elerive saqliq
MiSs-Glamour
coxx gozdi elerine saglik
.:;CraZy GirL;:.
Unut hər şeyi...Hətta varlığım əzab versə sənə, məni belə unut...
Nə olursa olsun, kiminlə olursan ol, unutma ki, sən dualarımda hər gün dilə gətirdiyimsən...Sən mənim sadəcə təsadüfümsən...Bütün ömrümə sığan təsadüfüm...
RƏY ƏLAVƏ ET