Ürəyini alıb getdi, Həyatını verib gəlib.

26 Ağustos 2014
1 714
0
Ürəyini alıb getdi, Həyatını verib gəlib.
Ürəyini alıb getdi, Həyatını verib gəlib.




Gözəl,dur çıx görüşünə,
Qapına bir qərib gəlib.
Səngərin gülü bitmədi,
Gülləsini dərib gəlib.

Baxma ki,əli soyuyub,
Ağır yol gəlib uyuyb.
Köynəyini qanla yuyub,
Sinəsinə sərib gəlib.

Gözlərinə dolub getdi,
Məhəbbətin olub getdi.
Ürəyini alıb getdi,
Həyatını verib gəlib.

Vaxt yetdi,ara yaylığı,
Qoyubsan hara yaylığı?..
Dur bağla qara yaylığı,
Elçilərin durub gəlib.

Saxla ürək sözlərini,
Torpağa qoy dizlərini.
Öp doyunca gözlərini,
Qarabağı görüb gəlib
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.