Xəyanət - bir xoşbəxtliyin göz yaşlarıyla bulandığı sonluq

Xəyanət - bir xoşbəxtliyin göz yaşlarıyla bulandığı sonluq
Xəyanət - bir xoşbəxtliyin göz yaşlarıyla bulandığı sonluq


Xəyanətlə bağlı araşdırma apararkən mütəxəssislər bir neçə məsələ ortaya çıxarıblar. Onlar bu qənaətdədirlər ki, yoldaşınız sizin yanınızda olarkən sıxılmağa başlayırsa, inadkar və əsəbi bir hal göstərirsə, heç səbəb yox ikən söz-söhbət yaradırsa, ən xırda şeylərə belə diqqət edib mübahisə yaradırsa, deməli, ağlı başındadır. Bir çox cütlüklərin kabusuna çevrilən xəyanət artıq geniş şəkildə araşdırmalara səbəb olub. Araşdırmalarda "Kişi və qadın nədən bir-birini aldadır və necə aldadır", "Hansı vəziyyətlərdən yoldaşınız və ya sevgiliniz şübhələnə bilər və bu halda siz necə davranmalısınız" kimi suallara cavab tapmağa çəhd edilir. Texnikanın inkişafı demək olar ki, xəyanətin "yollarını" daha da asanlaşdırıb desək, yanılmarıq. Məsələn, kimsə telefonuna gizli sevgilisindən gələn zəngi və ya mesajı silməyi unudub, bu, haqlı olaraq şübhə toxumlarının cücərməsinə səbəb ola bilər. Başqa bir misal, yoldşınız son zamanlar işdən gec qayıdır, "iclas var idi", "iş görüşməsi idi", "əlavə işə ehtiyac var idi" kimi bəhanələr gətirir, amma məvacibi əvvəlki qaydasındadır, bu əlavə işlərə görə heç bir artım yoxdur. Deməli, şübhələnməyə əsas var. Daha bir bəhanə isə cinsi həyatla bağlı ola bilər. Əvvəlki kimi sizlə yatağını paylaşmır, tez-tez idman salonlarına gedir, özünə baxımı artırıbsa, mütəxəssislər "aman, diqqət!" deyirlər.

Ümumi olaraq mütəxəssislərin gəldikləri bir neçə qənaət var ki, onları da sizin nəzərinizə çatdırmaq istərdim. Məsələn, kişilər aldatmağa niyə meyilli olurlar? Qadınlar bir ömür boyu bir kişiylə yaşamağı düşünüb, onu bacardıqları halda, niyə kişilər bunu etməkdə çətinlik çəkirlər?
Aldatmalar hər zaman evlilik dönəmində problemlər yaşanır deyə baş vermir. Çoxları etdikləri seçimlə, öz həyat yoldşları arasında gözəllik fərqini əsas götürür və ya cinsəl həyatda "başa düşülməməyi" əsas gətirirlər. Yeni bir macəra yaşayacaqlarını düşündükcə "yox" deyə bilmirlər.

Başqa bir səbəb isə kişilərin yaşlandıqca onların daha gənc və yaraşıqlı bir qadına yaxınlaşmaq istəyinin artmasıdır.
Qadınlara aldadılmaq mövzusunda nə məsləhət görülür?
Aldanıb- aldanmamağı öyrənmək və ya bilmək əslində çox çətindi. Şübhənizdə tam qərarlı deyilsinizsə, kəskin addım atmaqda tələsməyin. Həmin andaca yoldaşınızı günahlandırmağa qalxıb, gərginlik yaratmayın. Şübhələnirsinizsə, bütün addımlarını ciddi nəzarətdə saxlayın, daha sonra qərar verin. Unutmayın ... aldadan kişilər, bir andaca dəyişməyi bacarır, tamam başqa birinə çevrilirlər. Bir məsləhət daha, heç vaxt şans verməkdən çəkinməyin. Ola bilər ki, verdiyiniz bu şansla yoldaşınız əvvəlkindən daha sıx sizə bağlana bilsin...Ürəyinizdə bu xəyanətin izi qalsa belə, bağışlamağı bacarın...
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.