Bəzən..

05 Şubat 2015
2 078
0
Bəzən..
Bəzən..

..bəzən olur ki, sevdiyin insanlar sənin onları nə qədər çox sevdiyinin fərqində olur..və bilirlər ki,nə qədər səhv etsələr də onlara qıya bilməyəcəksən..bilirsən ki,onlar bəzi hərəkətlərini rahatca edir,çünki sənin onları bir gülüşlərinə bağışlayacağından əmindirlər..bilirlər ki,səni nə qədər incitsələr də onlar sənin ən həssas nöqtəndir..və ən pisi odur ki,sən bütün bunların fərqində olursan..səndən istifadə etdiklərini bildiyin halda üstlərindən xətt çəkəcək gücü özündə tapa bilmirsən..və bu səni öldürür..

qıraqdaki dostların tövsiyyələr verməyə başlayır sonra..gözünü açmağa çalışırlar..daha çox incinməyini istəmirlər..və səni bu əziyyətdən xilas olmağın üçün cəsarətləndirirlər..bəzən əsəbləşib qovursan onları..”onsuz da bunların hamısını siz deməsəniz də bilirəm!” demək istəyirsən,amma deyə bilmirsən..acizliyini görmələrindən qorxursan çünki..bu zaman səni incidənləri müdafiə etməyə başlayırsan..”yox,siz onu tanımırsınız,o elə insan deyil..mənə heç vaxt zərər vermər..və.s,və.s”..həyatın qarşımıza çıxardığı hər insan bizim üçün imtahan olur..deyirlər,kimə necə baxırsansa o insan elə ondan ibarətdir..deyəsən,doğurdan,belədir..

verdiyimiz dəyərə layiq olmayan insanları həyatımızdan çıxara bilmirik bəzən..amma istəyirəm ki,bir gün həmin insanların qarşısına elə özləri kimi insanlar çıxsın və onları bizim həyatımızdan aparsın..qoy, bu dəfə də incidən onlar olsun,amma sonda öz “getməkləri” ilə heç olmasa bizə bir yaxşılıq etsinlər..bunu bizə borcludurlar..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.