Bir şeyə bənzətmək istərsən əgər...

11 Şubat 2015
4 419
0
Bir şeyə bənzətmək istərsən əgər...
Bir şeyə bənzətmək istərsən əgər...

Məni bir mövsümə bənzətmək istəsən əgər;
Payızam...
Bəzən küncdən gülümsəyən bir günəş olaram,
Bəzən dönə dönə düşən bir yarpaq.
Bəzən üsul- üsul yağan bir yağış olaram,
Bəzən dəli -dəli sovuran bir külək.

MƏN PAYIZAM...


Məni bir çiçəyə bənzətmək istəsən əgər;
Qızılgüləm
Sapsarı rəngiylə içini istilədən,
Qoparmaq istəsən əllərini qanadan,
Çata bilməyəcəyin qədər dərində
Qorxacağın qədər narın.

MƏN QIZILGÜLƏM



Məni bir anlayışa bənzətmək istəsən əgər;
Sevgiyəm...
Bir körpənin gülüşü qədər içdən,
Günəşin doğuşu qədər sabit,
Gecənin rəngi qədər təsir edici,
Həyat qədər gerçək.

MƏN SEVGİYƏM...



Bir şeyə bənzətmək istərsən əgər...


Tərcümə etdi: SOLEDAD


Bir şeyə bənzətmək istərsən əgər...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.