Qarşımdasan yenə...

12 Şubat 2015
1 419
0
Qarşımdasan yenə...
Qarşımdasan yenə...

Qarşımdasan yenə...
Mənə baxmasansa da oradasan, görürəm səni.
Ah mənim sevdasında eqoist, ürəyində möhkəm sevdiyim.
Ürəyimə basdırdım sözlərimi, cəsəd torbası oldu ürəyim.
Tıxandığım o an,
Əlimi hara qoyacağımı çaşdığım o an işdə,
Ağılımdan o qədər çox şey keçdi ki təqib edə bilmədim.
Əllərim boşluqda, mən darda qaldım.
Əllərim buz kimi, mən harda qaldım.
Bir simfoniya vardı qulağımda çalınan,
bitdi artıq hamısı...


Bir küncə çəkildim, hanı həmişə qaldığım küncümə.
Baxış bucağım müəyyən oldu yenə.
Geridə qalan, ardından baxar gedənlərin.
Bir meltem olacaq küləyim də qalmadı mənim.
Dağlara çarpdım hər əsməmdə.
Yollara söydüm hər gedişində.

Demişdim sənə xatırlasan:
"Əhəmiyyətli olan ‘zamana buraxmaq' deyil,
‘zamanla buraxmamaqdır.."
İndi mənə, keçən o zamanın
Unudulmaz sancısı qalar
Getdiyim əgər mənsəm, söylə mənə kimdən getdim?
Səndə yoxdum onsuz da mən, mən yenə məndə bitdim.



Tərcümə etdi: SOLEDAD
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.