..Təbəssüm yalnızlığı..

17 Şubat 2015
1 892
0
..Təbəssüm yalnızlığı..
..Təbəssüm yalnızlığı..

..Təbəssüm yalnızlığı..Yalnızlığa atdım addımlarımı,elə də çox bədbəxt deyildim,amma axtarırdım yenədə xoşbəxtliyi.Sıxıldığımda çalırdım heç tanımadığım ürək qapıların.Yenə elə oldu.Tək başıma idim,canım sıxılırdı.İnsan bəzən mövcud olduğu mühütdən ayrılmaq istəyir.Etdiyi işdən,həyatın mənsızlığından uazlaşmaq istəyir.Özü olmaq istəyir,gülmək,əylənmək.Məndə elə etdim...


Təbəssüm,əslində mənasından daha da səmərəli bir ifadədir.Yolda gedərkən belə,heç tanımadığımız insanların üzündə olan o möcüzədən etkilənərik.Sizə gülümsəyən insana qarşı gözəl düşüncələr bürüyər ürəyinizi.Çünkü bu belə olmalıdır.Təbəssüm altında səmimiyət,gözəllik,təbiilik yuva qurub.Quracağdırda.....Təbəssüm yalnızlığı..


..Təbəssüm yalnızlığı..Keçən günlərdə qaranlıqda bir işıq axtardım.Özümü Qız qalasının yanında tapdım.Bir fənər işığı kimi yolumu görsədirdi.Bir anlıq başımı göy üzünə qaldırdım,Ayda gülümsəyirdi bütün istiliyi ilə.Hələ də yaşadığımı hiss etdim,xoşbəxt ola bildiyim üçün şükr etdim Yaradana.İnsanın sevgisinə təbiət belə cansızlığıyla qarşılıq verir.

Uzaqdan bir yuxu qonaq oldu ürəyimə.Daha sonra röyalarımda,xəyallarımda da gördüm o gözəlliyi.Günahlarımdan arındım,yep yeni ,qızıl bir günəşin istiliyi ilə isitdim yalnızlığımı.Artıq bir külfətəm bu dünyada,hər yanımdan gözəllik saçır.Xoşbəxtlik budursa əslində,xoşbəxtəm hamı kimi,bəlkə hamıdan da çox...Təbəssüm yalnızlığı..

..Təbəssüm yalnızlığı..Bir uşaq gülüşü qədər içimdə çoxalır bu adını qoya bilmədiyim duyğu qaynağı.İnsanın bir yere aid olmasındansa,hər yerə aid olan bir dua olmağını üstün tuturam.Limandakı fənər kimi bəzən özümü yalnız hiss edirəm.Kimsənin heç bilmədiyi bir məsuliyət var içimdə.Etdiyim bir çox gözəl şey,edəcəyim balaca bir səflə yox ola bilər.Belə olmamalıdır əslində.Amma olsada çox üzülərəm,özümü yenidən toparlamaya bilərəm.Daha çox yalnız qala bilərəm.Bilirəm ki,hamı kimi azad bir həyatım yoxdur,olmayacaqda.Göz üzündə hansısa bir ulduzun olub,amma heç vaxt parlamayacaqını bilməsi kimi bir şeydi bu.

Hərdən elə uşaq olamq istəyirəmki.Etdiyim hərəkətlərə görə heç kimə hesab verməyim deyə,gərəksiz şeylərdən uzaq olub özüm olmaq istəyirəm.Amma bunu gecə yarısı sahildəki uşaq parkında deyil,gündüzlər böyüklərin içində etməyi istəyirəm...Təbəssüm yalnızlığı..

..Təbəssüm yalnızlığı..İstəyirəm ki,təbəssüm yalnızlığımı örtsün,tükətsin saxta gülüşlərimi... ..Təbəssüm yalnızlığı..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.