Bizim adımladığımız, amma heç kimin bilmədiyi gözəl küçələr vardı...

17 Şubat 2015
2 783
0
Bizim adımladığımız, amma heç kimin bilmədiyi gözəl küçələr vardı...
Bizim adımladığımız, amma heç kimin bilmədiyi gözəl küçələr vardı...

Bizim adımladığımız amma kimsənin bilmədiyi gözəl küçələr vardı. Hər vaxt buralarda birgə addımlayardıq amma bizdən başqa heç kim olmazdı buralarda. Gizli qapaqlı qalmış sevdalarımız və içimizdə ağrıyan bir yaramız hər vaxt var oldu ,həmişə bir şeylərin həsrəti bir şeylərin sevdası oldu içimizdə ,nə vaxt ağlayıb nə vaxt güləcəyimiz heç müəyyən olmadı.. Həmişə rolları başqası verdi əlimizə .. heç bir zaman heç bir səhnədə assolit olaraq oynamadım amma tək bildiyimiz bizim adımladığımız amma heç kimin bilmədiyi gözəl küçələr vardı..
Hər gün gülmək üçün də bir səbəbimiz vardı. Bəzən durğun bəzən yorğun kimi zamanda bizə atılan bir sözün hesabını soruşmaq üçün mübarizə apardığımız və hər cür maneənin sonunda məğlub olduğumuz heç kimin bilmədiyi amma bizim adımladığımız gözəl küçələr vardı..
Səhərlər oyandığımızda otağımıza vuran yüngül bir günəş işığı və kimsənin verə bilmədiyi istilik vardı. Günəş o küçələrdə yalnız amma yalnız bizim üçün doğular yalnız bizə verərdi istiliyini..

Həmişə xəyalını qurduq sabahların, həmişə əlindən tutub yeriyəcəyimiz bir sevimli və hər səhər qalxdığımızda onun verdiyi xoşbəxtliklə yola çıxmaq onun dincliyini yaşamaq və hər gecə başımızı yastığımıza qoyduğumuzda onu düşünəcəyimiz və hər gecə başını yastığına qoyduğunda bizi düşünən bir sevginin xəyalını qurduq..
Bizim xəyallarımızın yaşadığı duyğularımızın sərhədsiz olaraq qol açdığı və heç kimin qarışa bilmədiyi ,yalnız və yalnız bizim adımladığımız heç kimin bilmədiyi küçələr vardı….Bax o küçə hər vaxt var olacaq. Taki bir gün bu bədən torpaq olub yox olana qədər… Bax o küçələr ürəyimizin tam ortasında idi.. Bizimlə doğuldu, bizimlə yaşadı ,bizdən başqa heç kim bilmədi ,ancaq bizim addımladığımız və gizli qapaqlı qalmış sevdalarımızın adının varlığı ilə.. Və heç kimin bilmədiyi amma bizim adımladığımız , gözəl küçələr vardı…


Tərcümə etdi: SOLEDAD
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.