Bəzən elə insanlar olur ki, həyatımızda..

18 Şubat 2015
1 446
0
Bəzən elə insanlar olur ki, həyatımızda..
Bəzən elə insanlar olur ki, həyatımızda..



...bəzən elə insanlar olur ki,həyatımızda..necə deyim?..başa salmaq çətindir..
ürəyini qırdıqdan sonra gələn üzrlər kimi..ya da imtina etdikdən sonra gerçəkləşən arzular kimi..lazım olan vaxtdan sonra gələn zənglər kimi..günəşli bir gündə yağan yağış kimi..tam unutduğun zaman telefonuna gələn “
salam” mesajı kimi..qar yağır deyə sevindiyin o anlarda çıxan günəş kimi..səliqəli saçlarını dağıdan külək kimi..yorğunluqdan öldüyün zaman evə gələn qonaq kimi..yolda nələrəsə çox əsəbləşib ağladığın zaman qarşına çıxan tanışlar kimi..kimisə həyəcanla gözlədiyin zaman keçmək bilməyən dəqiqələr kimi..özünü səni incidən yaxınının qarşısında güclü göstərməyə çalışanda titrəyən o səsin kimi..
nə bilim..

..niyə fikirlərini dəyişmək istəyirik ki bir insanın? niyə olduğu kimi qəbul etmək bu qədər çətindir?…niyə məni qəbul etmək çətindirsə həyatıma daxil olmaq bu qədər maraqlıdı? niyə fikirlərim maraqlı deyilsə sual verilir? mən sizin fikirlərinizə qarışdığımı xatırlamıram..
bu halda,nədir beynimdəkilərə bu qədər maraq?! mən mənəm,bu fikirlər mənimdi,bu mənəm..bəlkə Ay ağ rəngdə deyil,bəlkə səma mavi rəng deyil..ulduzlar da yoxdu bəlkə..amma mən belə görürəm səmanı,ulduzları,ayı..mən belə xoşbəxtəm çünki,belə görmək istəyirəm..ağıllı olmaya bilərəm,gözəl olmaya bilərəm,düşüncəsiz, vecsiz biri ola bilərəm..bundan sənə nə? var oluşum möcüzədir mənim,yaradılışım mükəmməldir..fikirlərim özümə məxsusdu,sadəcə mənə..gözəl olub olmadığımın da bir fərqi yoxdu.ümumiyyətlə fikrini soruşmadım..

mən düşünürəm,əlimdən alınmayan tək şey budu çünki..və,sən!



heç vaxt nə düşündüyümü , gerçəkdə nə hiss etdiyimi bilməyəcəksən..bu mənim ən böyük

qalibiyyətimdir..



Bəzən elə insanlar olur ki, həyatımızda..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.