Anladım...

19 Şubat 2015
1 276
0
Anladım...
Anladım...


Bu qədər zaman mənə anlatmaya çalışdığını, özümü tapdığımda anladım.
Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış,
Öz yolumu çizdiyimdə anladım..

Bir tək yaşanaraq öyrənilərmiş həyat, oxuyaraq, dinləyərək deyil..
Bildiklərini mənə niyə anlatmadığını, anladım..

Ürəyində eşq olmadan keçən hər gün itkinmiş,
Eşq arxasından niyə ayaqyalın qaçdığını anladım..

Acı doruğa çatdığında gözyaşı gəlməzmiş gözlərdən,
Niyə heç ağlamadığını anladım..

Ağlayanı güldürə bilmək, ağlayanla ağlamaqdan daha qiymətliymiş,
Gözyaşımı qəhqəhəyə çevirdiyində anladım..

Bir insanı hər hansı biri qıra bilər, amma bir tək ən çox sevdiyi, ağrıda bilərmiş,
Çox ağrıtdığında anladım..

Lakin, haqq edərmiş sevilən onun üçün tökülən hər damla gözyaşını,
Gözyaşlarıyla birlikdə sevinclər tərk etdiyində anladım..

Yalan danışmamaq deyil, gerçəyi gizləməməkmiş bacarıq,
Ürəyini əlimə qoyduğunda anladım..

''Sənə ehtiyacım var, gəl ! '' deyə bilməkmiş güclü olmaq,
Sənə ''get'' dediyimdə anladım..

Biri sənə ''get'' dediyində, ''qalmaq istəyirəm'' deyə bilməkmiş sevmək,
Get dediklərində getdiyimdə anladım..

Sənə sevgim ərköyün bir uşaqmış, hər düşdüyündə zırıl zırıl ağlayan,
Böyüyüb mənə sıx sarıldığında anladım..

Üzr istəmək deyil, ''bağışla məni'' deyə qışqırmaq istəməkmiş peşman olmaq,
Həqiqətən peşman olduğumda anladım..

Və qürur, itirənlərin, acizlərin maskasıymış,
Sevgi dolu ürəklərin qüruru olmazmış,
Ürəyimdə sevgi tapdığımda anladım..

Ölərcəsinə istəyən, gözləməz, yalnız ümid edərmiş bir gün bağışlanılmağı,
Məni əfv etməni ölərcəsinə istədiyimdə anladım..

Sevgi əməkmiş,
Əmək isə imtina etməyəcək qədər, amma azad buraxacaq qədər sevməkmiş...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.