Xoşbəxtlik

29 Ağustos 2014
2 837
0
Xoşbəxtlik
Xoşbəxtlik


.Xoşbəxtlik o qədər qəribə bir qavramdır ki,illərlə axtarışında olsan tapa bilməzsən..ki,bunun iki səbəbi ola bilər..ya xoşbəxtliyi yalnış ünvanda axtarırsan,ya da xoşbəxtsən və bunun fərqində deyilsən..bu yaxınlarda bir xəbər oxudum ..500 nəfərlik bir seminarda bir kişi danışırdı və birdən dayanıb hər kəslə bərabər yarış keçirməyə qərar verdi. ilk öncə kişi hər kəsə tək tək şar dağıtdı. və qələm verərək rica etdi ki,hər kəs şarın üzərinə öz adını yazsın. adlar yazıldıqdan sonra kişi bütün şarları yığıb bir otaqda saxladı və hər kəsi otağa dəvət etdi. kişi dedi ki,yarışın şərti budur; kim 5 dəqiqə ərzində öz adı yazılan şarı tapsa qalib olacaq..yarış başlayanda hamı dəli kiimi şarların içində öz adını axtarmağa başladı,insanlar aqressivləşdi,bir birini itələdi,tam bir xaos yarandı..və 5 dəqiqənin sonunda heç kəs öz şarını tapa bilməmişdi. kişi otağa qayıdıb dedi ki,yeni bir şərt var; hərə yerdən bir şar götürsün və sıra ilə hər kəs əlindəki balonun üzərindəki adı yüksək səslə oxusun,şar sahibi də yaxınlaşıb şarını götürsün..və bundan sonra cəmi bir neçə dəqiqə içində hər kəs öz şarına qovuşmuşdu ..və kişi danışmağa başladı: bax,bu yarışda,biz öz həyatımızı gördük..hər kəs dəli kimi öz xoşbəxtliyini axtarır,axtararkən kimlərəsə zərər verirdi..və ən pisi də o idi ki,hər kəs ünvanını bilmədiyi bir şeyi axtarırdı..əslində isə bizim xoşbəxtliyimiz başqalarının xoşbəxtliyində gizlidir..siz onlara xoşbəxtlikdən bir pay verin..öz xoşbəxtliyiniz isə doğru zaman gəldiyində özü gəlib sizi tapacaq..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.