Bir başa düşsən

21 Şubat 2015
2 346
0
Bir başa düşsən
Bir başa düşsən

Bir başa düşsən

Mənim bu sevgim qorxudur səni yoxsa sevməməkdənmi qorxursan?
Mən sənə yaxınlaşdıqca sən yenidən aramıza məsafələr qoyursan
Səndən sevgindən başqa heç birşeyini istəmədiyimi bilərək yenə də başa düşmürsən
Bir xoş sözünün məni xoşbəxt etməyə çatdığını bilirsən
Amma bəzən balaca bir təsəllini belə mənə cox görürsən
Zamanla sanırdım ki mənim hislərimi başa düşürsən
İçimdəki yalnızlıga inad, Sevirəm Səni…
Bir xəyalim var, özümdən belə saxladığım..
Bir qorxum var, görmək istəmədiyim..
Bir də sən varsan yoxluğuna üsyan etdiyim…

Görmürəm, bilmirəm, eşitmirəm...
öpsəm gözlərini.
əllərini tutsam,ovuclarımda sonsuzadək saxlasam sevgimi.
Sənsiz səhərlərə oyanıram
Susuram…
Susduqca ürəyimdə qalırsan,
Sənsiz çox pisəm
Görmürsən...başa düşmürsən...
Sözlər boğazımda düyün,
Həll edilmirsən,
Bir uşağın gözlərində İtir ümidim
Nə yazsam, nə desəm

başa düşmürsən
Kaş ki bir başa düşsən içimdən keçən o qədər sözü.
Kaş ki bir eşitsən, bir baxsan gözlərimin içinə
Elə çox sevdim ki səni...
Bilmədiyim cavabsız elə çox sual var ki sənə...
Elə çox sevgi var ki içimdə sənə
Sözlər çatmaz izah etməyə…
Bir danışsam susdura bilməzlər məni
Bir izah etməyə başlasam səhifələr çatmaz sevgimi izah etməyə...
O qədər məsum sevirəm ki səni bir bilsən ürəyimdəki yerini...



Bir başa düşsən

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.