Ərköyün uşağın sevimli oyuncağı

28 Ağustos 2014
4 171
0
Ərköyün uşağın sevimli oyuncağı


Bir ərköyün uşaq olur... Ən çox sevdiyi oyuncağı hər zaman onunla birgə olur...Onunla yatır, onunla durur. Hər zaman qucağında bir balası kimi gəzdirir...

Əgər birdən başqa bir uşaq o oyuncağı ondan oynamağa istəsə? Verərmi oyuncağını? Kimisə verər, əlbəttə. Amma ərköyün uşaq oyuncağına başqa əllərin toxunmasını istəyərmi?

Yox,əsla. Bəzən məcburən oyuncağı alırlar əlindən... BU zaman küsərmi uşaq? İnciyərmi? Ağlayarmı? Mənim oyuncağımı məndən niyə aldın deyə qışqırmazmı?

Çünki bağlanmışdır artıq oyuncağına.Bəzən oyuncağına heç baxmadan sadəcə əlində tutmağına öyrəşmişdir...


Amma oyuncağı əlindən alıb başqa birinə verməsək, sadəcə evin bir küncünə qoysaq? Hər zaman ona baxdığını görsün,oyuncağım bax ordadır,mənimdir desin...Hər istədiyində bir az oynadıb yenə yerinə qoyar.Yeni oyuncağı gəldikdə isə artıq köhnəsi unudulub gedər..
Qızım,köhnəsini qonşuya verəkmi?Yox yoox o mənimdir,qoy qalsın...

Bax bu ərköyün bir uşağın şıltaqlıqları.

Bəzən biz böyüklərdə özümüzə belə oyuncaqlar seçərik...Adını “ SEVGİ” qoyarıq. Darıxdığımızda oynayarıq onunla.. Oyuncağa sahibləndiyimiz kimi sahiblənərik o sevgiyə...

Ərköyüncəsinə “Onun sevgisi yalnız mənim olmalıdır” deyə düşünərik...O oyuncağını başqa biri sevsinmi? Yox yox, o mənimdir...Qoy qalsın bir qıraqda...Bilim ki,hər nə olsa onun sevgisi mənimdir. İstədiyimdə gedib oynayaram...Axı oynadığın oyuncaq deyil,canlı bir insandır...
Azad bir sevgi ilə yaşamaq istəyən, canlı bir insan...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.