Ümid və Sevgi

28 Şubat 2015
1 650
0
Ümid və Sevgi
Ümid və Sevgi


Məni xatırlayırsan? Səsimi,saçımı,nəfəsimi,ətrimi....çoxdandı gəlmirəm bura,çalmıram qapını....mən sevgiyəm....sən sevgiyə layiqsən...amma sevgi sənə layiqdirmi...bu gün bir oğlanın sənə sevgi məktubu yazdığını eşitdim...həm də oğlan deyibmiş ki,"mən elə-belə oğlan deyiləm,məni sev".Sevgi adına çox utandım...əminəmki o solğun yanaqların necə də qızarıb,mavi gözlərinin qarası necə də böyüyüb...Sevilməyin necə hiss olduğunu dostundan soruşmusan...Mən neçə ildən sonra inana bilmədim ki,bir oğlan sevdiyi qıza özünü göstərərək,ya da jestlərlə sevilməyə çalışsın..İndi məni unudublar.Adımı çəkəndə,deyirlər lənət olsun ona!Yalandı sevgi!Axı mən hamı üçün böyük xoşbəxtliklər gətirirəm,parlaq ümidlə.Məndə günah yoxdu.Günah dəyərimi bilməyənlərdə,məni əslində hiss etməyənlərdədi.Getmək olmur başqa yerə..indi hamı yaşadığı həyəcanını,ürək döyüntüsünü sevgi adlandırır...sevgini dəlilər bilirdi,hiss edirdi....indi sevərkən hamı pula,yaraşığa,yaşayışa aşiq olur...üzü görürlər,içə
baxmırlar.Ümid...ümid...bir daha çığırmağa səsim yoxdu...boğazım quruyub..ağciyərlərim isə zəif fidan kimi...görəsən əvvəlki kimi sevən olacaqmı....sevgini isti bir
yerdə,qəlbin dərinliyində hiss edən,onu qorumaq üçün can fədasına qurban gedənlər varmı yenə....sən de..oralarda var belələrindən? Mavi gözlərindəki yalnızlığı,saf və məsum uşağı,əllərinin istisindəki şəfanı görüb sənə ürəyini verən
varmı....ya səni də fırladırlar...yalançı "sevgi" dedikləri o böyük şərəfsizliyi özlərində daşımaq alçaldır mənim
adımı....hələ də inana bilmirəm ki, sən sevilməyi özünə çox görürsən..rəfiqəsindən biri tərəfindən sevilmənin necə hiss
olduğunu soruşan qız....gəl,aç qapını...mən gəldim...saxla və qoru məni...bərk-bərk tut əlimdən,ümidim sənsən.....məni vermə onlara...məhşər ayağına çəkilmək kül edər məni....dinləməzlər....sən qoru məni və heçkimə vermə..o isti qəlbində mənə də yer var əminəm....onların hər şeyi var məni məhv etməyə.Səninsə yeyilmiş dırnaqların,titrək əllərin və isti qəlbin var...mənimsə ümidim var.O da sənsən!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.