Artıq yeddi aydır ki, ayrıyıq.

30 Ağustos 2014
6 055
0
Artıq yeddi aydır ki, ayrıyıq.
Artıq yeddi aydır ki, ayrıyıq.



Artıq yeddi aydır ki, ayrıyıq. Bir bilsən bu yeddi ayda nələr çəkmişəm, nə qədər ağlamışam, yuxusuz qalmışam, intihar etməyi belə istəmişəm. Amma hardan biləsən ki?

Biz ayrıldığımız gün unutdun məni. Nə məni, nə keçirdiyimiz günləri yadına saldın. Niyə yadına salasan ki?

Artıq yeddi aydır ki, ayrıyıq.

Xatırlasaydın getmezdin ki, düzdü? Sənin başını qatacaq, məni unutduracaq o qədər insan varki ətrafında. Hə birdə dərdindən öldüyün və mənə anlata-anlata bitirəmədiyin yeni sevgilin. Yəqin onunla məndən daha çox xoşbəxtsən, səni incitmir, dava etmir, bir dediyini iki etmir. Amma mən bunların əksin edirdim. Yeqin indi ona dəli balam deyirsən. Problemlərini ona danışırsan. Kefsiz olanda o da dəliliklər edib güldürür səni? Ehh indi həyatında, ürəyində, xeyalında tək O, var. Bir vaxtlar mənim olduğum hər yerdə indi o var. Bilirsən ən çox nə acıtır məni? Mən səninlə danışa bilmək üçün min bir bəhanə axatrıram o qız sənə istediyi vaxt zeng edib saatlarla danışır. Mən hər gecə ağladığımda səsim duyulmasın deyə yastığı bərk-bərk qucaqladığım vaxt sən onu fikirləşərək yatırsan. O səninlə güldüyü hər dəqiqə mən ağlayıram. O səninlə danışıb qurtardıqdan sonra bir zamanlar mənim sevindiyim qədər sevinir mənsə səninlə danışıb qutardıqdan sonra ağlayıram. Mən səndən bir “aşkim səni sevirəm”sözünü eşitmək üçün canımı belə verməyə hazır vəziyyətdəykən o, səndən həmişə bu sözü eşidir. Mən sənin verdiyin o üzüyü qucaqlayıb ağlarkən o sənlə gülür. Mən yalnız sənlə yuxumda xəyalımda xoşbəxt sevgili olarkən o bunların hamısını səninlə gercəkdə yaşayır. Mən sənin özləmindən öldüyüm vaxt belə o sənin yanında. Bəs mən hardayam? Səni dünyalar qədər sevən mən. Keçmişdəyəm yoxsa artıq orda belə yoxam?

Artıq yeddi aydır ki, ayrıyıq.

Bunları fikirləşmək belə məni ağlamaqdan oldurur. Bir sual var bunu hər kəsə vərmişəm sənə də verim cavab verməyəcəksən amma heç olmasa fikirləş. Həyatında elə bir insan var ki, onu bir dəqiqə görmək, qucaqlamaq üçün həyatının qalan hissəsini qurban verəsən? Mənim həyatımda elı bir insan var. Həmdə 04.12.2012 də girdi heyatıma. O insanı bir dəqiqə görmək ya qucaqlamaq üçün həyatımın tamamını verərəm. Yəqin o insanın sən olduğunu anladın. Sən mənim həyatıma girdiyin gündən mənə sevmədiyim hər şeyi tək-tək sevdirdin. Yağışı, gecəni, ağlamağı, ezab çəkməyi belə sevdiridin. Yağışı sevdim çünki səninlə yağış altında o qədər gəzmişik ki. Gecəni sevdim çünki hər gözümü yumduqda sən gəlirsən yuxuma. Ağlamağı sevdim çünki, hər ağladığıda sən silirdin göz yaşımı, sen başımı omuzuna qoyub məni sevdiyini deyər məni sakitləşdirərdin. Ezab çəkməyi sevdim çünki o da sənə aiddi. Səhərləri sevdim çünki, hər açılan səhərdə sən vardın. Yadında hər səhərki davalarımız? Hər səhər ya paltarıma ya hərəkətimə hirslənib məni danlardın. Məndə küsüb başımı aşağl salardlm. Sən mənim küsdüyümü görüb yanına çağırardın məni bərk-bərk qucaqlardın. Mənsə küsdüyüm üçün səni qucaqlamazdım. Sənsə “bəs sən qucaqlamaycaqsan?” deyərdin. Mən dözə bilməyib o dəqiqə səni bərk-bərk qucaqlardım. Heç buraxmaq istəməzdim səni. Sən gülüb: “dəli balamsanda” – deyərdin. Kaş…kaş ele qala biləydik. Mən həmişə sənə: “sənsiz olərəm” – deyərdim. Sən: “Biz ayrılmayacıq deyərdin”. Bəs nə oldu? Niyə durmadın sözündə? İndi deyəcəksən bəs sən niyə durmadın sözündə? Ölərəm deyərdin ne oldu? Bəlkədə yadından çıxıb amma mən sənə həmişə Ürəyim deyərdim. Sən getdiyin gün ürəyim öldü məni yaşadansa tək nəfəsimdi o da tezliklə kəsilmək üzrədi. Ağlayanda sənin sildiyin göz yaşlarımı indi bilirsən nə silir? Sənin mənə verdiyin və sevgindən mənə qalan tək şey üzüyün. Sən bilsən o üzüyü nə qədər öpüb qucaqlyıram, hər gecə o üzüklə yatıb, səhəri o üzüklə açıram. Səninlə ayrıldığımız gündən ürəyimdə bir acı boğazımda bir düyün yarandı. O acı o qədər güclüdür ki, bəzən ürəyimi yerindən çıxarıb atmaq istəyirəm bəlkə o ağrı o zaman dayandı. Boğazımda ki, o düyün məni boğur, gülməyə, danışmağa hətta ağlmağa belə qoymur. Hər tərəf məni sıxır. Hər tərəf dar sanki. Bunun niyə belə olduğunu sonra anladım. Çünki hər tərəf sənsizliklə o qədər dolu ki, nəfəs aldığım havada belə sən varsan bunun üçün də aldığım hava belə ağır gəlir. Bunun üçündə hər tərəf bu qədər dar gəlir.

Artıq yeddi aydır ki, ayrıyıq.

Səndən bir dəfə soruşmuşdum məndə ən çox sevdiyin nədir? Sən gözlərin və saçların demişdin. İndi bir başqasının saçlarını gözlərini sevirsən. Sənə saçlarımı çox uzatmaq istədiyimi deyəndə.

Sən: o qədər uzun saçdan xoşum gəlmir demişdin. Niyə o qədər uzun saçlı qızı sevirsən hə? Məndə sənin o gözlərinə vurulmuşdum. Çünki inanmışdim o gözlərə məni sevdiyinə məndən başqasının olmayacağına inanmışdım. Həmişə səninlə danışanda gözlərinin içinə baxırdım. Amma indi baxa bilmirəm. Çünki orda olmadığımı bilirəm. Yadında həmişə səs-küy olduqda biz başımızı partanın üstünə qoyar bir-birimizin gözlərinin içinə uzun-uzun baxardıq heç nə danışmadan. Birdə bir oynumuz vardı. Kim-kimin gözünə gülmədən daha çox baxacaq mən həmişə gülərdim sən həmişə qalib gələrdin. Yenə ağlıma gəldi o baxışların. Əllərimiz isə sanki bir-birinə yapışmışdı. Bəzəndə bəzilərini hirsləndirmək üçün heç buraxmazdıq əllərimizi.

Artıq yeddi aydır ki, ayrıyıq.

Bir dəfə yadında yenə dava etmişdik ayrı-ayrı oturmuşduq və sən hər şeyin bittiyini demişdin. Mən evdə bir məktub yazmışdım xeyallarımızdan, gələcəyimizdən, səni nə qədər çox sevdiyimdən. Sən çox hirsliydin amma o mektubu oxudun bütün hirsin getdi. Yenə məni qucaqladın; Mən səni heç tək qoyaram? Bizim xəyallarımız var, onları gerçəkləşdirəcəyik. Məndə; Mənim səndən başqa heç kimim yoxdu birdə ayrılaq demə dedim. Sen: Bəs mənim səndən başqa kimim varki? dedin. Bizim bir birimizdən başqaş heç kimimiz yoxdu heç kimə ehtiyacımız da yox idi. Həmişə mən gəlinlik görəndə çox xoşum gələr və sənə göstərərdim. Sən heç birini bəyənməz mənim üçün ən gözəl gəlinliyi tapıb ən gözəl gəlin edəcəyini deyərdin. Harda balaca, sarı, şirin qız uşağı görsəydik ikimizdə Eda və Dəniz də belə olacaq deyərdik. Eda sənin qurduğun ad idi. Sirrini bizdən başqa heç kim aça bilməzdi. İndi fikirləşirəm nə qədər uşaq-uşaq xəyallar qurmuşuq nə qədər aldatmışıq özümüzü. Sən özünü belə inanmadığın hər şeyə məni inandırdın. Bir olacağımıza xəyllarımızın bir gün gerçək olacağına hətta məni sevdiyinə belə məni inandırdın. İndi kimdi yalanlarla aldadan mən yoxsa sən? Mən sənə heç yalan danışmadım verdiyim sözlərin üstündə dayandım. Amma sənin bu etdiklərini heç vaxt bağişlamayacam.

Artıq yeddi aydır ki, ayrıyıq.

Bəzən sənə o qədər nifrət edirəmki sözlərini tutmadığın üçün məni incitdiyin üçün amma birdən o şipşirin gülüşün, saf-saf baxışın gəlir ağlıma nə nifrət qalır nə kin. Hərdən səninlə bağlı xəyallar qururam xəyalımin ən gözəl yerində mənim olmadığın ağlıma gəlir. Yuxularımda hər gecə sən əlini uzadlrsan mənsə sənin əlini tuturam yenə gülürük yenə sevdiyini deyirsən amma yuxumun ən gözəl yerində yenə oyanıram.Tez ətrafa baxıram səni axtarıram. Sonra ağlıma gəlir ayrı olduğumuz məni sevmədiyin, hər şeyin bir yuxu olduğu, sənin sadəcə ürəyimdə olduğun. Hər şeyi anladıqda isə ağlamağa başlayıram hər səhərim ağlamaqla açılır və hər gecəm ağlayaraq bitir. Gecə yatdıqda oyanmamaq üçün dua edirəm. Çünki hər açılan səhər mənə yeni əzab gətirir hər səhər səni məndən bir az daha uzaqlaşdırır. Əgər mənə ömrünün sonuna 5 dəqiqə qalıb desələr. Edəcəyim tək iş sənin yanına gəlib son nəfəsimi sənin qolunda o gözlərinə baxaraq verərəm. Son nəfəsimdə belə sənin yanında olmaq ən böyük arzularımdan biridir. Mənə hər kəsin dediyi bir söz var unut getsin neyləyirsən onu səni sevmir ancaq sənə əzab verir. Bunu deyənlərə belə anlatım biz qızlar hamımız gülü sevirik. Biri bizə bir gül hədiyyə etdikdə tikanları var deyə onu geri qaytarmırıq. Əksinə tikanların təmizləyib onu elə sevirik. Çünki tikan da gülün bir parçası. Sənin mənim bir parçam olduğun kimi. Məndə səni çəkdirdiyin acları unudaraq sevirəm. Səni bir gün unudacam düzdür. Artıq sənin yanıma gəlməni istəməyəcəm. O gün mənim öldüyüm gün olacaq çünki artıq orda yanıma gəlməni istəməyəcəyəm.

Artıq yeddi aydır ki, ayrıyıq.

Səni unudulmaz olduğun üçün yox unutmağı istəmədiyim üçün unutmayacam. Hər zaman bu ürəkdə qalacaqsan hər gün ağlasam belə məni hər gün daha çox incitsən belə unutmayacam və səni sevməkdən vaz keçməyəcəm. Heç kəsi sənin qədər sevmədim və sevməyəcəm sən mənim ilk və son sevgim olacaqsan. İstər inan istər inanma. Səni incitdyim, həyatından çıxmadığım, səni narahat etdiyim, ən çoxda səni ölürcəsinə sevdiyim üçün bağışla. Mən səni çox sevdim az sevilsəm belə çox sevdim. Tək istəyim isə səninlə yenidən bir olmaqdır. Çünki Səni çox sevirəm. Mən hər zaman bir gün gələcəyini, yenə aşkım səni çox sevirəm barışaq? dediyini, əlimdən tutduğun və məni sevdiyin günü gözləyəcəm. Bilirəm heç dönməyəcəksən, bilirəm heç sevməyəcəksən, heç barışmayacaqsan, heç vaxt mənim olmayacaqsan bütün bunları bilə- bilə mən həmişə səni gözləyəcəm....




Redaktə etdi: BaunTy)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.