Ömrüm buludların arasında gizlənərkən davam edib,yerə ya da birinin ovucuna, üzünə çırpılanda başa çatır

02 Mart 2015
1 432
0

..bəlkə mən kiminsə yuxusunda gördüyü biriyəm? bütün həyatım sadəcə saniyələrə sığdırılmış şüuraltı fragmentlərdir? bəlkə kimsə özünü öz yuxusunda mənim simamda görür,amma bilir ki,bu özüdür..və birazdan yuxudan oyanıb bir neçə dəqiqə ətrafa baxıb özünü narahat hiss edəcək..sonra dostları ilə görüşəndə, “bu gün qəribə bir yuxu görmüşəm” deyib,məndəki özünü danışacaq onlara?..

bəlkə sən,bir şairin ya da yazarın yazdığı əsərdə canlandırılan obrazsan və hal hazırda etdiyin hər hərəkət onun fantaziyasının bir parçasıdır..

bəlkə mən yağan yağışın bir damlasında yaşayan canlıyam? ömrüm buludların arasında gizlənərkən davam edib,yerə ya da birinin ovucuna, üzünə çırpılanda başa çatır ?

bəlkə sən bir toz hissəciyisən və külək səni hara uçursa ora sovrulub,üzərinə su dəyən zaman ömrünü başa vurursan? bəlkə biz..ikimiz..ay və günəşin bir parçasıyıq..sən günəşin mən ayın..və səni daha tez görmək üçün öz ətrafımda fırlanıb zamanı tezləşdirmək üçün tələsirəm?..

Ömrüm buludların arasında gizlənərkən davam edib,yerə ya da birinin ovucuna, üzünə çırpılanda başa çatır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.