Amma ölməyəcəm . Dayanacam . Həyat məni yıxsa da mən ona inad yaşayacam !

03 Mart 2015
2 204
0
Amma ölməyəcəm . Dayanacam . Həyat məni yıxsa da mən ona inad yaşayacam !
Amma ölməyəcəm . Dayanacam . Həyat məni yıxsa da mən ona inad yaşayacam !
Sadəcə darıxdım desəm bəs edərmi görəsən ? Məncə etməz . Darıxmaq deməklə darıxmaq olmaz !



Bəzən inanmıram ayılığa . Düşünürəm , düşünürəm və gözümdəki iki damla yaşdan bilirəmki ayrılmışıq artıq .




Sən yoxsan artıq . Mənim həyatımda , mənim yanımda . Mənimlə deyilsən artıq .




Artıq mənə sevgilim demirsən . Məni əzizləmirsən . Çünki mən bitirdim səni . Sevgini , güvənini , inamını .




Amma çalışacam unutmağa . Bu günə kimi heç çalışmadım səni unutmağa . Amma bu gündən sonra hər şey tamam fərqli olacaq




Unudacam ! Səni də , xatirələri də . Əlimə bir qələm alıb üstündən xətt çəkəcəm . Unutmaq üçün




Artıq sənin olmadığımı anlamaq üçün edəcəm bunu .




Çətin olsa da , ağır olsa da edəcəm . Mən nə çətinliklədə dözdüm be sevgilim .Buna da dözərəm ALLAHIN izni ilə .




Allahdan səni istəməkdən yoruldum . İndi isə sənsizliyi istəyəcəm . Bəlkə tərsinə oldu hər şey .




İnanırsan ürəyimdə yenə bir ümid qığılcımı var . Yenə arsızcasına inanıram nəyəsə .




Amma bilirəm o ümiddə solacaq . Öləcək bütün ümidlərim . Səni içimdə boğarkən özümdə boğulacam .

Amma ölməyəcəm . Dayanacam . Həyat məni yıxsa da mən ona inad yaşayacam !

!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.