Ayrılıq nədir ki…

06 Mart 2015
4 714
0
Ayrılıq nədir ki…
Ayrılıq nədir ki…

http://bleuchalou.b.l.pic.centerblog.net/7c7be265.gif

Ayrılıq nədir ki,
Sevmək çətindi dünya qədəri,
Ayrılıq nədir ki,
Sevgi dərindi,dərya qədəri.
Ayrılıq nədir ki?
Bir ovuc yalandı ayrılıq,
Ayrılıq nədir ki,
Insandan sevgini alan,
Oda salandı ayrılıq.
Ayrılıq nədir ki,
Sevgi ola-ola,
Ayrılıq nədir ki,
Saf sevgi qəlbə dola-dola.
Ayrılıq heç nədi.
O qədər asandı ki.
Bir son qədər.
Heç nə demədən,susandı ki,
Qəm buraxar ardınca,
Ton qədər.
Eh,əzizim sən dinləmə bunları,
Bir onu bil ki,
Sevgi yanında,
Ayrılıq heç nədi,
Bir gör neçə sevgili,
Qovuşan anında,
Ayrılıq dinmədi.
Heç nədi ayrılıq,

Dözmək gərək,
Sevginin yolunda,
Ölmək gərək.
Ayrılığı böyük sanma,
O heç nədir,
Ağrısı da heç nədir.
Diş ağrısı kimi.
Sevgidən utanma.
O sənindir.
Sevgi mələklərinin,
Fısıltısı kimi.
Axtar sevgini,
Ol ayrılığa qənim kimi.
Axtarma onu,sev sevgini,
Bir də məni,
Bir də səni.
Mənim kimi.
Muelif
ÜLVİ AMİN..!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.