Keçən günlər..

05 Mart 2015
1 807
0
Keçən günlər..
Keçən günlər..
Hər ötən gün mənə vəd etdi çox şeyi…

Vədini tutmadi bacarmadı,

Keçən günlər..Ya da mən ona kömək eləmədim sözünü tutsun deyə…Keçən günlər..

Keçmişi unudacaqdım gündən-günə…

Siləcəkdim əzab verən xatirələri…

Unutduracaqdı guya zaman hər şeyi mənə…

Amma olmadı;keçmiş mənə dünənim qədər yaxındır,illər keçsə belə…

Bitəcək sanırdım zamanla bu hekayə…
Amma bitəcək sandığım hər an bu hekayədə yeni abzaslar yaratdı.
Sonunu yazmağa mürəkkəbimi qıymadığım abzasları tamamlamağı söz
vermişdi günlər…
Keçən günlər..Amma onlar daha böyük boşluq yaratdılar…Keçən günlər..

Sevinc vəd edirdi hər ötən gün…
Sən demə keçmiş kədərlərimə baxıb sevinə biləcəyim bəsit
günləri nəzərdə tuturmuş…
Böyüyəcəyimi bildirmişdi mənə təqvinimin hər günü…
Amma yalnız dərdlərim böyüdü
zamanla…


Günlər yalnız bir vədinə sadiq qaldı;zaman mənə ən ummadığım,gözləmədiyim sözünü
tutaraq özünü sübut etdı…
Keçən günlər “sabah da yalnız olacaqsan”demişdilər…
Bu sabahlar illər çəkdi…
Anladım artıq sənsizlik bitən deyil.
Keçən günlər..Bitsə də məndən xəbərsiz…Keçən günlər..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.