Üç NöQtə...

11 Mart 2015
1 865
0
Üç NöQtə...
Üç NöQtə...



Üç nöqtə; sevgidir...

Hər nöqtə gizli bir (ah!)dır.

Sevirəm deyə qışqıra bilməməkdir.

Boğazda düyümlənən iki cüt sözdür.

Dilin lal, könlün susdugu andır.

Gözlərdən süzülə bilməyən iki damla göz yaşıdır.

Hiss edilən fəqət heç cür yazıla bilməyəndir.

Kəlimələrin qifayətsiz qaldığı andır.

Üç nöqtə; həyatdır... Hüznüylə, sevinciylə...

Üç nöqtə; bitməyəndir... Bitə bilməyəndir...

Üç nöqtə; ölümdür... İçində sonsuzluğu baglayan sondur.

Üç nöqtə; dünənin gözəlliklərinə qibtə, sabaha duyulan həsrətdir.

Keçmişlə gələcək arasında qurulan köprüdür üç nöqtə, üzərindən bu günün keçdiyi.

Üç nöqtə; bir an durmaqdır... Bir nəfəslik fasilədir... Bəzən qorxudur, həyəcandır... Bütün duyguları içində sıgınacaq tapmaqdır...

Üç nöqtə; 'yar'dır hər nöqtədə bir hərfin gizləndiyi...

Üç nöqtə; bitməyən duamdır və hədiyəmdir sizlərə!

Yaşanacaq daha çox şeyiniz olsun deyə...


P.S: bes sizce 3 noqte neyi ifade edir?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.