Niyə Saçlarını Qısa Kəsirdin Qadın?

12 Mart 2015
1 695
0
Niyə Saçlarını Qısa Kəsirdin Qadın?
Niyə Saçlarını Qısa Kəsirdin Qadın?


Niyə Saçlarını Qısa Kəsirdin Qadın?




Gözlərini bağlayıb, saçlarından sevdim səni.

Niyə Saçlarını Qısa Kəsirdin Qadın?

ucları qırılmış və bir az seyrək idi sanki..
niyə saçlarını qısa kəsdin ki?
kəsərkən acıların da keçdi mi?
aç örpəyini, utanma aç
qoy qoxlayım yalnızlıq qoxan saçlarından.
mən hazıram asım özümü tellərindən
və şəhid olum qollarında.
sən müqəddəssən mənim üçün amma
istəmirəm bağlı olum bu qədər varlığına.
çox qalmayacam bu gecə.
bilirəm gec - gec gəlirəm
və gedişlərim səni incidir necə.
sus, nolar ağlama bircə.
əlimi uzadıb qəlbinə sığal çəkməyim gəlir.
sevgini görüb, qəlbini qoparmağım gəlir.
bu dəfə mən şeir yazım sənə..
yum gözlərini və məni dinlə..
xəyallarının qatili mən
bu dəfə də səni öldürüb, gedəcəm.
bilirəm necə aşiqsən mənə.
nolar məni gözləmə
çünki gəlməyəcəm bir də.
solğun dodaqlarında qəm - qüssən donub.
gözlərindən yanağına axan yaşlar quruyub.
nolub mənim cananıma ?
axı nolub ?
mən sevmə demişdim
amma o mənə vurulub.
kirpiklərin dəysin istərəm üzümə.
sənin şəriətində günahdı bu bilirəm.
istərəm ən böyük günahın olum
mənə görə əyilib səcdəyə
sığınasan tövbələrə.
sevgisiz qalmış gözlərin..
dərininə endim
yaraların gözə dəyir..
de mənə..
kim yaraladı axı səni ?
bilirəm..
yaralarının da səbəbi mənəm..
yat sən..
mən, sən oyanmadan gedəcəm.
hər gecə bir şeir qoy yastığımın altına..
məni yatmış san
amma mən yatmıram gecələri daha..
sən gedərkən addımlarını izləmək mənim sevdam.
dayan, getmə.
mən sənsiz bacarmıram burda.
sənə olan şeirlərimə toxuyuram sevgimi..
soyuqdu yəqin oralar..
üşütməyəsən deyə götür geyin..
mən bilmirəm nə idi səbəb
və səni niyə bu qədər sevdim..
can parəm dinim qədər əzizdir mənə sevgim..
baharı görməyən bağ baxçamda mən
neçə - neçə qış gördüm xəstələnmişəm..
ruhumun məlhəmi təkcə sənsən sən..
gör mən nə qədər sənsiz düşmüşəm..
buralar çox soyuq üşüdür məni..
səndə sevgi toxu isinsin içim..
mənim göqurşağım
mənim günəşim.
gecəni keçirib şeirlərlə mən
ruhuna hər sabah şeir üflərəm..
ey məni məndən çox sevən,
ruhuma həmdən
varlığın olmasa cismimi neylərəm?
sil göz yaşlarımı, qoyma ağlıyam
gəl, qoyma örpəyimi qara bağlıyam.
sən yoxsan mən yaman ahuzardayam.
ürəylə can kimi sənə bağlıyam.
sən varkən mən varam.

Niyə Saçlarını Qısa Kəsirdin Qadın?

sənsizkən yoxam


Niyə Saçlarını Qısa Kəsirdin Qadın?



Niyə Saçlarını Qısa Kəsirdin Qadın?By:DarLing..
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.