Mən həmin ki mən deyiləm bil daha

18 Mart 2015
1 370
0
Mən həmin ki mən deyiləm bil daha
Mən həmin ki mən deyiləm bil daha



Üzülmüşəm taqətim yox dizimdə
Qalmayıbdı şirin kəlam sözümdə
Yox olubdur məhəbbətim eşqimdə
Mən həmin ki mən deyiləm bil daha...


Saralmışam bir gül təki solmuşam
Dərd əlindən cana gəlib doymuşam ,
Bilməyirəm nədən belə olmuşam ,
Mən həmin ki mən deyiləm bil daha...




Dözmür ürək bu dərdə bu yaraya
Mən nə deyim bu talehə yazıya
Döndər məni ya daşa ya qayaya
Mən həmin ki mən deyiləm bil daha
Mən həmin ki mən deyiləm bil daha

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.