Ömür yolum

19 Mart 2015
2 164
0
Ömür yolum
Ömür yolum



Ömür yolum


Gəlincik oynadan körpəcə qızdım,
Kiçik dünyam ilə evə sığmazdım,
O gözəl günləri könlümə yazdım,
Çəhrayı dünyamdan indi, nə qaldı?

Ona dəymə, buna dəymə dedilər,
Onu demə, bunu əymə dedilər,
Uşaqsan, özünü öymə dedilər,
O nadinc günlərdən indi, nə qaldı?

Bir də gördüm onilliyi bitirdim,
Çox həvəslə attestatı götürdüm,
Uşaqlığı bircə-bircə ötürdüm,
Qayğısız günlərdən indi, nə qaldı?

Atam imtahana mənimlə getdi,
Nə yoruldu, nə də bir giley etdi,
İmtahandan çıxdım alnımdan öpdü,
Atalı dünyamdan indi, nə qaldı?

Tətili gözlədim böyük həvəslə,
Elim qarşıladı güllə çiçəklə,
Anam süfrə açdı min bir nemətlə,
Analı dünyamdan indi, nə qaldı?

Elçilər əlindən kandar dağıldı,
Uzun gecə ayaqlara sarıldı,
Yalvardılar, o da belə nağıldı,
Nağıllı gecədən indi, nə qaldı?

Bir gənc sevdim enli kürək, ala göz,
Enli bilək, şirin söhbət ,şirin söz,
Məhəbbətin hicranına bir az döz,
Sevdalı günlərdən indi, nə qaldı?

Fələk alıb sevgilimi apardı ,
Elə bildi ürəyimdən qopardı,
Elə getdi sanki vəfasız kimi,
Demədi- sevgilim bəs harda qaldı?

Çox ağladım, çox yalvardım gəlmədi,
Yuxusuz gecəmi duyub bilmədi,
Göz yaşımı əlləriylə silmədi,
Demədi- uşaqlar bəs harda qaldı?


Şükr Allaha! Övladlarım böyüdü,
Əzablarım şükür geridə qaldı!
Yol göstərdi anaların öyüdü,
Onlar indi soy – kökünə bağlıdı!.

İndi həm anayam, həm atayam mən,
Elə həm nənəyəm, həm babayam mən,
Əl açıb Allaha yalvarıram mən,
Deməyim, bu günlər bəs harda qaldı?


Ömür yolum
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.