GedirSən.

24 Mart 2015
2 832
0
GedirSən.
GedirSən.

Mən səni əzablı keçmişinlə dəyişdim,
Sən əllərini əlimdən üzüb gedirsən.
Sevincim aşıb-daşdığı bir vaxt,
Gözlərini gözlərimdən çəkib gedirsən.

GedirSən.
Niyə öyrətdirdin bu bninəvanı özünə,
Sonra da ürəyindən silib gedirsən.
Gülməyi öyrədib, ağlamağı yox,
Sən məni çarəsiz qoyub gedirsən.

GedirSən.
Elə bilirəm gələcəksən gözləyirəm,
Sən məni yollara atıb getmisən.
Gözlərin gözlərimə nur verib hər vaxt,
Bəs məni kör qoyub hara gedirsən?

GedirSən.
Mən səni heç nəyə dəyişməzdim,
Sən məni sadəcə atıb gedirsən.
Ən xoş arzularımı əlimdən alıb,
Xatirələr ovcuma qoyub gedirsən.

GedirSən.
Məni sevginə möhtac dilənçi edib,
Özün isə şahzadə olub gedirsən.
Bu yazıq can necə yaşasın,
Ümidini əlimdən alıb gedirsən.

GedirSən.
Mənə alt-üst olmuş həyat verib,
Son dəfə üzümə gülüb gedirsən.
Bu divanə dözməyəcək ayrılığına,
Sən məni məzara qoyub gedirsən.

GedirSən.

Heç kəs heç kəsi qoyub getməsin.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.