Mənə bir əLvida yaz...

01 Nisan 2015
1 766
0
Mənə bir əLvida yaz...
Mənə bir əLvida yaz...

Mənə bir əLvida yaz...



Mənə bir əlvida yaz...
Yaralı könlümün közünə sıxım
Sənin yoxluğunu görməyəndə qəlb
Gözünə tıxım
Mənə bir əlvida yaz...
Ümüdün qırxıncı yuxusundayam
De ki,
Sözlərində qırıq qırığam
Soyuq dalğalarda batan səsimlə
Səni yoxsan! bağıram
Cağıram Cağıram...
Arzudan çarəsiz üzəm əlimi
Ağlayam bir az
Məni tutmaq olmaz Məni tutmaq olmaz!

Mənə bir əlvida yaz...
Fikrimin sonunda bir nida kimi
Bitirsin məni
Xəyalın gecələr irağı olsun
İtirsin məni
Ruhuma sarılan bağı parçala
Könlümün qəfəsindən uça bil göyə
Kiçildikcə get!
İtirdikce get!
Mənə bir əlvida yaz
Ehh... deyim Ahh... çəkim düşəndə yada
Deyirdin əzəlli ayrıyıq sənlə
Bu ana bu fəryada
Səbəbmi gəzim?!
Mənə bir əlvida yaz...

Mənə bir əLvida yaz...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.