Sonuncu ölən ümidlərdir

03 Nisan 2015
1 837
0
Sonuncu ölən ümidlərdir

Sonuncu ölən ümidlərdir


Biri var idi,bir yox idi,meşəliyin içərisində gözəl bir ağac var idi. Qohumları,valideynləri,qardaş-bacısı da var idi.Ancaq sevgilisi olmadığından özünü tənha hiss edirdi.Birdən gətirib yanına bir ağac əkillər.Tənha ağac buna aşiq olaraq,bunu dəlilər kimi sevir.Canını ona qurban verməyə hazır idi,yəni,o dərəcədə sevirdi.Sonra eşidir ki,həmin gətirib əkdikləri ağac da bunu sevir və çooox sevinir.Bu xəbər həyatında aldığı ən şad xəbər olur.Sonra aradan çooox günlər keçir hər iki ağac böyüyür.Bunların arasına kimlərsə girir.Həmin gələn ağac bu tənha ağacdan soyumağa başlıyır.Həmin tənha ağac çooox pis olur.Çünki onu çoooooooox sevirdi.Sonra bu ağacı aparıb başqa yerə əkillər tənha ağac yenədə tənhalığına davam edir.Amma o gedən ağac tənha ağacın heç bir zaman yadından çıxmır.Həmişə onu fikirləşir.Səsini eşitmək üçün dünyaları verməyə hazır olur.Sonra bu tənha ağacın yanına başqa bir ağac gətirib əkirlər,amma,tənha ağacın həmişə fikri o gedən ağacda olur.Sonra bu ağacla tənha ağac tanış olur.Bu gələn ağac tənha ağaca dəstək olur,təsəlli verir.Bu gələn ağac da tənha ağacı çooox sevirdi.Bunlar xeyli deyib-gülürlər.Amma həmişə tənha ağacın fikri o gedən ağacda idi.Sonra gələn ağac buna sevgisini etiraf edir.Və bu tənha ağac bilir ki,o gedən ağac birdə gəlməz.Və bunlar sevgili olurlar.Olandan sonra bir az bu tənha ağac xoşbəxt olur.O inanırdı ki, bu ağac onu xoşbəxt edəcək,sevgilisi olan ağac da söz vermisdi ki, edəcəm.Sonra gedən ağac geri gəlir,tənha ağac bilmir nə etsin.Bu gedən ağac buna yenidən birlikdə olmağı təklif edir.Amma tənha ağac sevgili olduğu ağacı tərk etmək istəmir.Niyə?Çünki o geri dönən ağaca artıq həmişəki kimi inanmırdı.Və ona geri dönmür.Amma onu hələdə sevirdi.Və bu acıyla yaşamaq biraz çətin idi.Bunu sevgilisinə demək qərarına gəlir.Dedikdən sonra çooox pis olur.Çünki onun hissləri ilə oynamağa haqqı yox idi.Sonra tənha ağac dostundan eşidir ki,bunun haqda sevdiyi yəni gedən ağac çox pis şeylər danışır.Və tənha ağac yenədə pis olur.Anladı ki,gedən ağaca görə sevgilisini üzməyə dəyməzmiş.Və bunlar yenədə birlikdə olurlar.Tənha ağac onu hər şeydən çox sevən sevgilisinə söz verir ki,nə olur olsun onu birdə tək qoymayacaq və o gedən sevdiyini də nəinki unudacaq hətta ona nifrət edəcək.Sevgilisi də bu sözlərə inanaraq onu tək qoymur.Gözəl lap gözəl günlər keçirirlər.
Sonra tənha ağacın fikirləri qarışır.Verdiyi bütün sözləri unudur.O yenədə sevgilisini üzməmək üçün susur.Deyir ki,bəlkə düzələrəm.Düzəlir.Amma sonra yenəde qayıdıb həminki vəziyyətə geri dönür.Və buna yenədə çooox pis olur.Sevgilisini üzməmək üçün heçnə demir.Çünki bilir ki,sevgilisi onsuz yaşıya bilməz.Sevgilisi də aralarındakı soyuqluğu hiss edir,amma o da sevdiyini üzməmək üçün heçnə demir.Sonradan sevgilisi həqiqəti açıb deyir.Keçmiş sevgilisi də heç onun haqqında pis şeylər danışmayıbmış.
Tənha ağac ilə sevgilisi ayrılır.Daha bir-birinə yazmırlar.Sonra bir mesaj ilə tənha ağacın sevgilisi həqiqəti başa düşür."Gəldin həyatıma.İz buraxdın və getdin.Tənha ağac yenədə tək qaldı".Bu sözlərdən sonra sevgilisi tənha ağacı heç vaxt tək qoya bilməyəcəyini anlıyır.Axı tənha ağaca buna dair söz vermişdi.Axı tənha ağacı çooox sevirdi.Axı onsuz yaşıya bilməzdi.Onlar yenidən bir-biriləri ilə mesajlaşırlar.Bir-biriləri ilə yenidən səmimi olurlar,amma,tənha ağacın başqasını sevməyi onların sevgili olmalarına mane olur...
Tənha ağacı dünyalar qədər sevən ağac isə axırının necə olacağını bilə-bilə yenədə tənha ağacı tənha qoymur...
Günlər ötüb,illər keçəndən sonra tənha ağac universitetə daxil olur,həyatı keçmiş yaşananların tam əksi olaraq dəyişir.Sağlamlığı qaydasına düşür,gözləri sağalır.Sonra artıq heçnə etməməsinə baxmayaraq onu tək qoymayan ağacdan soyuyur.Sevgisi vaxt keçdikcə azalır.Onu çooox sevən ağacla yox,başqası ilə həyat qurur.Çooox lap çooox xoşbəxt olur,keçmişdəki üzüntüləri unudur və onu heç vaxt tək qoymayan sevgilisini isə bəzən bir xatirə kimi xatırlayır.
Bu hekayənin bədbəxti tənha ağac yox onu hər kəsdən çooox sevən ağacdır.Hekayədən də aydın olur ki,bu ağac heçnə etmir.Elə bil ki,tənha ağacdı,həyatdı,qismətdi və Tanrı birləşib senaryonu yazıb,bu ağacda rolunu oynuyur.Etdikləri bircə tənha ağacı sevmək,gözəl xəyallar qurmaqdan ibarət idi.Yaşadıqlarından sonra hər axşam xeyallarını dəfn etməyə məcbur olur.Hər gecə xatirələr sayəsində cücərən ümidləri məhv edir.Çünki boşuna ümidlər axı nəyə,kimə lazım?!
"Mən onu tək qoymamağıma baxmayaraq tənha ağac məni tək qoydu."Elə bu fikirlədə həyatını məhv edir.Bu fikirlər onun beynini gəmirir,ürəyini didik-didik edir.Elə bu cür fikirlərlə də bir daha tənha ağacdan başqa heç kəsi sevə bilmir.Sevdiyinin etdiklərinə baxmayaraq başqasına baxmağı sevdiyinə xəyanət kimi hesab edir.Və heç vaxt ona xəyanət etmir.Bir zamanlar tənha ağacın sözü yadına düşür."Məndən başqa qıza baxsan,səni boğaram".İndi nə tənha ağaca nə də ki,başqasına baxa bilir.
Bu ağacın həyatında arzuları da çox deyildi.Demək olar ki, ikicə dənə idi.1-ən böyük arzusu sevdiyinin ömür boyu xoşbəxt olması və sağalması.2-hər zaman sevdiyinin yanında olub,əlindən bərk-bərk tutmaq...ən böyük arzusu yerinə yetmişdi.Tənha ağac sağalaraq,dünyanın ən xoşbəxti idi.Ancaq digər istəyi sadecə istək olaraq qaldı.Digər istəkləri isə valideynlərinin və nənə-babasının arzularını yerinə yetirməkdən ibarət idi.
Beləliklə sonda sübut olunur ki,tənha ağac adı əslində düzgün ağaca verilməyib.Tənha ağacın adı Xoşbəxt ağac olmalı idi.Onu çooox sevən çarəsiz ağaca isə tənha ağac adı verilməli idi...
Beləliklə nağıl kimi başlayan hekayə nağıl kimi də bitir...
Göydən 3 alma düşür...2-si xoşbəxt ağacın özü kimi dünyanın ən yaxşıları olan övladlarına,1-i isə ən böyüyü-dərdləri qədər böyük olanı sonda tənha qalan ağacın payına düşür.Dərdləri çooox böyük olduğundan payına düşən alma da böyük olur.
Həyatında 1-cə damcı xoşbəxtlik qismət oldu ona.O haqqını da 2014-cü ildə xoşbəxt ağac ilə sevgili olmaq müqabilində sərf etdi.
Beləliklə,almanın böyüklüyü nəticəsində tənha ağacın yarpaqsız,çürümüş,yarı sınmış budaqları tamamilə sınır və tənha ağac tənha olaraq ölür...Son nəfəsinlərində bir zamanlar sevdiyinə "səni son nəfəsimdə də sevəcəm" deməsini xatırlayaraq,sevdiyinə yalan demədiyini anlıyır.Artıq son saniyələrində isə sevdiyinin bir zamankı mesajını xatırlayır.
Tənha ağac:"Mən sənsiz yaşıya bilmərəm."
Xoşbəxt ağac:"Mənsiz niyə yaşıyırsankı,ay dəli,mən onsuzda səninəm."
Son nəfəsində isə ümid edir ki,heç olmasa bəlkə də o birisi dünyada sevdiyinin yanında olub,onun əlindən tuta biləcək.Son nəfəsində də son ümidi yaranır,axı ən sonda ölən ümidlərdir.Tənha ağac inanırdı ki, insan ölsə belə ümidləri ölmür,onun ruhuna daxil olur və ruhunda yaşayır.
Ürəyində bu cümləni deməsi ilə gözlərini əbədi yumur:
"Xoşbəxt ağac,bax,səni son nəfəsimdə də sevirəm,axı mən sənlə nəfəs alıram,axı sən mənim "NəFəsimsən"[!]♥
Müəllif:Fariz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.