༺♥ɞ.."Mən"çil yoxsa, "Mən"çi....ɞ♥༻

༺♥ɞ.."Mən"çil yoxsa, "Mən"çi....ɞ♥༻
༺♥ɞ.."Mən"çil yoxsa, "Mən"çi....ɞ♥༻


http://i.hizliresim.com/aB9qG7.gif

Bir çox insan özünü sevmənin məncillik olduğunu düşünür. Özünü sevməyi, özündən razılıqla qarışdırır. Özündən razı insan məncildir, mən mərkəzlidir. Əslində, gerçək anlamda nə özünü sevə bilər, nə də başqalarını. Çünki təkəbbürün olduğu yerdə sevgi ola bilməz.

http://i.hizliresim.com/aB9qG7.gif
Məncillik və sevgi bir yerdə ola bilməz. Çünki sevən insan məncil olmaz. Çünki özünü sevən insan nəfsinə qalib gəlməyi bacarmışdır. Özünü sevmək, narsizmdən fərqlidir. Narsizm bir xəstəlikdir, özünə müsbət olmayan bir şəkildə vurğunluqdur. Halbuki, özünü sevmək, özündən başlayan bir sevgi ilə ətrafa açılmaqdır. Onda qarşılıq yoxdur. Özdən gəldiyi üçün təmənnasızdır. Özünü sevən insan özü ilə barışıq olan insandır.
http://i.hizliresim.com/aB9qG7.gif

Özünü sevən insan, sadəcə öz içindəki yaxşını yox, başqalarının içindəki yaxşını ortaya çıxara bilən insandır.

Müsbət və mənfi tərəflərini obyektiv bir təvazökarlıqla dəyərləndirə bilən və davamlı olaraq inkişaf etmək arzusu duyan insandır. Ancaq özümüzdə olanı başqalarına verə bilərik. Özümüzə sevgi duyduğumuz zaman bu sevgini başqalarına da verə bilərik. Özünü sevən insan, sadəcə öz içindəki yaxşını yox, başqalarının içindəki yaxşını ortaya çıxara bilən insandır. Özünü sevən insanın yanında başqa insanlar da özləri kimi olar və özlərini daha çox sevərlər.

http://i.hizliresim.com/aB9qG7.gif
Sevgi yoluxucudur. Sevgi ətrinin qoxusu başqa insanları da içinə çəkər. İnkişaf, özündən razılıqdan özünü bəyənməyə doğru edilən bir səfərdir. Özünü sevən insan, məncil yox, «mən» çidir. Ancaq «mən» ola bilən insan «biz» ola bilər. Həyat Mən-dən Biz-ə, Biz-dən Bir-ə edilən bir səfərdir. Birlikdə çox zaman keçirdiyiniz insanların bir siyahısını tutun. Onların bəziləri ilə münasibətləriniz pis belə ola bilər.
http://i.hizliresim.com/aB9qG7.gif

Öz gerçəkliyinizi yaradan sizsiniz.

Hər insanda müsbət xüsusiyyətlər vardır. Onların ən təqdir etdiyiniz, bəyəndiyiniz yönlərinə diqqət versəniz, onlara qarşı davranışlarınız avtomatik olaraq dəyişər. Bu dəyişim onların sizə yaxınlaşmalarını da dəyişdirər. Tutaq ki, siz əlinizdən gələni etdiyiniz təqdirdə onlar dəyişmir. O zaman bir şəkildə həyatınızdan çıxacaqlar. Cazibə qanunu, tezlikləri uyğun gəlməyən insanları bir arada saxlamaz. Sizin tezliyiniz yüksəldikcə, çevrənizdəki insanlar da dəyişəcəkdir. Öz gerçəkliyinizi yaradan sizsiniz.


http://i.hizliresim.com/aB9qG7.gif

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.