Eşqə düşənlərin keçirdiyi - HİSSLƏR

10 Nisan 2015
1 751
0


Bu duyğu, münasibət yolunda getdiyi zamanlarda insanın ayaqlarını yerdən kəssə də, münasibətdə problem olan kimi insanın həyatını kabusa çevirə bilir.

Eşq əslində insanın bədənində məhrumluq böhranı yarada bilən duyğudur. İnsan aşiq olduğu zaman xoşbəxtlik (endorfin) hormonu əmələ gəlir və beyndə sürətlə istifadə olunur. Əgər bu hormon qısa zamanda təkrar özünü yeniləməzsə, bədəndə məhrumluq əlamətləri göstərir.

Belə olan halda isə davamlı onu düşünürsünüz, nəfəs almaq çətinləşir, ürəyiniz sıxılır, hər hansı bir şeyə adaptasiya ola bilmirsiniz və xəyallar qurmağa başlayırsınız. Bəzən qurduğunuz xəyallar sizə real kimi gəlir. Hətta onun sizə toxunduğunu və ya istiliyini hiss edirsiniz.

Bu qədər həqiqətə yaxın xəyallar psixologiyada "qallüsinasiya" adlandırılır .
Narkotik təsiri bağışlayır.


-Onu bir dəfə də olsun görmək istəyi ayaqlarınızı yerdən kəsir və şiddətli ürək çırpıntısına səbəb olur;

-Həyəcanlanarsınız və yenidən nəfəs aldığınızı hiss edərsiniz (Bir narkotik istifadəçisinin düşüncələri də eyni belə olur);

-Vəziyyət belə olan zaman bir insanın sevdiyi insandan ayrı qaldığında bir sonrakı görüşməyə qədər təklik qorxusu çəkməsi, pessimizmə qapılması, həyatın mənasız olduğunu düşünməsi, və əzab çəkməsi çox təbii bir hal alır.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.