DərdLi Həyatım..

12 Nisan 2015
1 542
0
DərdLi Həyatım..
DərdLi Həyatım..



Bu dünya mənimçün gəldi-gedərdi,
Həyatım büsbütün qəmdi, kədərdi,
Dostlarım da məndən tez üz döndərdi,
Deyin necə dözüm, necə yaşayım,
Deyin bu həyatla necə barışım.

Sevgi yaşadıqca məni çox üzdü,
Sındırdı, bezdirdi, belimi bükdü,
Bu sevgi ömürlük qəlbimə yükdü,
Deyin necə dözüm, necə yaşayım,
Deyin bu həyatla necə barışım.

Nifrətim artır baxdıqca yara,
Kaş ki inanmazdım o baxışlara,
Ürəyim doludur, bəxtim də qara,
Deyin necə dözüm, necə yaşayım,
Deyin bu həyatla necə barışım.

Çəmənsiz, çiçəksiz, bülbülsüz yazam,
Aşığı ölmüş simsiz bir sazam,
Gərək təcili bir qəbir qazam,
Deyin necə dözüm, necə yaşayım,
Deyin bu həyatla necə barışım...



DərdLi Həyatım..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.