Xoşbəxtlik həsrəti

18 Nisan 2015
1 397
0
Xoşbəxtlik həsrəti
Xoşbəxtlik həsrəti


Hər zaman olduğu kimi işdən evə qayıdan Fidan mədəsindəki göynəmədən əziyyət çəkirdi. Bütün günü özünü yaxşı hiss etməmişdi. Buna görə yolüstü əczaçıdan test almışdı. Yoxlayacaqdı. Qəlbində bir ümid vardı. Onun üçün uşaq hər kəsdən öndə idi. Vahiddən belə. Tək arzusu uşağın olması idi. Vaxtı ilə ailə qurmaq istəmirdi. Lakin öz balası olmağını da çox istiyirdi. Bunagörə Vahidlə evlənmişdi. Mələyə isə meylini sala bilmirdi. Çünki daima onu görən hər kəs Sevinci xatırlayırdı. Mələk belə anası Sevincin adını Əsmərdən o qədər eşitmişdi ki, qulağı alışmışdı. Fidan da buna görə Əsmərlə daima savaşa çıxardı. Mübahisələri heç bitməzdi. Fidan Əsməri iki üzlülükdə günahlandırırdı. Əsmər isə Fidanı ögeylikdə. Ona daim ögey olduğunu xatırladırdı. Mələyə yaxın durmağa qoymazdı. Mələkdən ötrü Fidanın da "ürəyi getmirdi." Sadəcə kefi yaxşı olanda onunla oynamaq istiyirdi. Əsmər Mələyə daha çox vaxt ayırsın deyə işindən müvəqqəti ayrılmışdı. Fidan isə kimsənin üzünü görməsin deyə səhər işə gedib, axşam yatmağa gələrdi. Zəminə belə Fidanın son zamanlar boş yerə yaratdığı söz-söhbətdən bezmişdi. Vahidə bir kəlmə deyə bilmirdi. Zəng edən kimi Vahid əvvəlcədən sözün hara gedib çıxacağını bilirdi. Anasına dəfələrlə "Fidanı bəyənsən də, bəyənməsən də o mənim yoldaşımdır. Bunu bir dəfəlik qəbul et! Sevinci də bəyənmirdin. Noldu? Hamı pisdir, sən yaxşı?"

Bu sözləri anasına deyən sanki əvvəlki Vahid deyildi. Özü də bilmirdi neyləsin. Əsmər narazı, Fidan narazı, anası narazı. Bütün mübahisələrdən əziyyət çəkən isə günahsız Mələk idi. Vahid çıxış yol tapa bilmirdi. Amma bir dəfəlik Rusiyada yaşamağı da düşünmüşdü. Fidanı və Mələyi bura gətirəcəkdi. Mələksiz bir gün qala bilməzdi. Rusiyada olduğu vaxtlar Əsmərə zəng edib Mələyin telefonda səsini eşidərdi. Ona hər 20 gündən bir gələndə nələr-nələr gətirərdi. Qapıdan girən kimi ilk Mələyi axtarardı. Onsuz qala bilmirdi. Əsmər isə "Rusiyada yaşasanız Mələk mənimlə qalsın." deyirdi. Çünki Mələyi Fidana heç baxmayacaqdı. Vahid də Mələksiz qala bilmədiyindən Rusiyaya bir dəfəlik köçməyi ağlından çıxartdı. Yenə hər zaman olduğu kimi 20 gündən, ya 15 gündən bir evə gələrdi. Sevincli günlərini çox axtarmışdı. Onunla yaşadığı müddətdə necə də firavan və xoşbəxt idi. Lakin qədrini indi anlasa da onun üçün Sevinc artıq "ləkəli" insan idi.
- Əsmər, Əsmər! Mən test elədim. Bax!
- Nə test? Baxım?
Əsmər Fidanın vanna otağından sevincək çıxmasından çaşıb qaldı. Testi əlinə alıb baxdı. İki xətt vardı.
- Bu nə deməkdi ki?
- Bu o deməkdir ki, Əsmər xanım, tezliklə Mələyə ya bacı ya qardaş gəlir.
Əsmər bilmədi sevinsin ya əsəbləşsin. Sadəcə hörmət əlaməti kimi təbrik etdi. Quru da olsa Fidan təbrikini qəbul etdi. Zəminə bu xəbərdən çox sevinmişdi. Deyirdi: "Heç olmasa Vahidin bu dəfə oğlu olar. İki qız Rusiyada, biri burda. Fidan da oğlan verər. İnşallah." Fidan üçün fərq etməzdi. Ona övlad lazım idi. Vahid bu xəbəri elə bir anda aldı ki, sevincinin həddi hüdudu olmadı. Həmin gecə evinə döndü. Mələklə Fidanla bir yerdə dərin yuxu getdi. Vahidin də ümidi vardı. O da oğul arzusunda idi. Allaha için-için dua edib, tezliklə ona oğul verməyini istədi.
Tərlan istirahət günü kəndin Çay evinə getdi. Bütün yoldaşlar, qonşular hamsı orda otururdu. Bir qədər çay içib söhbət etmək, fikirlərini dağıtmaq istiyirdi. Arifənin o gecə səhərə kimi susmamasından təngə gəlmişdi. "Sən Sevinci daim sevmisən. Bir dəfə mənə ona baxdığın kimi baxmamısan." Nə etsin bilmirdi. Arifənin də xoşbəxt olmasını istiyirdi. O gecə ona boşanmaq barədə bir daha demişdi. Lakin Arifə yenə eyni cavabı vermişdi: "İki dünya bir olar, amma mən sən səndən boşanmaram". Sevincin bu iki ildə çəkdiklərini elə demək olar ki, Tərlan da çəkirdi. Onun hər dəfə bir parça məktub üçün nə qədər qol qanad açdığını görəndə sevincdən çox, kədər hissi ilə boğulurdu. Ona necə kömək edəcəyini də bilmirdi. Dünən gecə ən son məktubu da tələsik vermişdi. Arifə görməsin deyə. Amma nə fayda. Zəhərli ilanın gözündən heç nə yayınmırdı. Tərlanın gələcəyi saatı dəqiqliklə bilirdi. Tez-tez küçənin qapısını açıb yola boylanardı. Elə Tərlanın da növbəti dəfə Sevincgilə getməsini görmüşdü: "Bu dəfə lap ağ elədiz"... Sevinc kədərli halda pəncərə önündə oturub elə hey fikrə getmişdi. Dilarə qızının dünən gecə aldığı məktubdan sonra belə olduğunu bilirdi. Səbəbi də məlum idi. Əsmər ona məktubda Fidanın hamilə olduğunu yazmışdı. Sevinc gözlərindən süzülən iki damla yaşı anasından gizlədə-gizlədə silirdi. Amma nə qədər gizlədəcəkdi ki?...
- Heç bilirsiz nolub?
Tərlanın yeni əyləşdiyi çay evindəki masalardan birindən bir kəndli səsləndi.
- Nə olub Mirzə?
- Rəhmətlik Musanın qızı boşanıb. Əri də evlənib yad xanımla.
Tərlan bir an içində fikirlərdən ayıldı. Söhbətin Sevincdən getdiyini aydınlaşdırmaq üçün diqqətlə qulaq asmağa başladı.
- Mirzə, sən canı doğurdan? Bəs niyə boşanıb Sevinclə?
- Əşi başa düş də. Guya kəndə gəlmişdi təmiz havada uşağı dunyaya gətisin. O da ki, getdi bir gədə ilə gizli eşbazlıq etdi.
Tərlan eşitdiklərinə inana bilmirdi. Özünü güclə saxlayırdı ki, sözün davamını eşitsin.
- Kimdi o gədə? Əri bilib deyə boşuyub?
- Hə də. Hələ elə bilir ki, kəndin dünyadan xəbəri yoxdu. Bu dey oturub burda çay içir.
Tərlan başını geri çevirib Mirzənin onu göstərdiyini gördü. Cəld ayağa qalxıb yaxasından yapışdı. Qalın jaketdə olsa da Mirzənin sinəsindən bərk tutub çay evinin divarına çırpdı.
- Sən nə dedin?
- Burax! Burax dedim sənə!
- Buraxmaram. De görüm sən bunları hardan uydurmusan? Utanmırsan xalxın qızına, gəlininə ləkə yaxırsan? Əclaf!
Tərlan Mirzəyə bir zərbə vurdu. Burnu qanasa da yerə yıxılmadı. Masalardan birindən tutub ayağa qalxdı.
- Dayan, Tərlan! Bu sözü mən çıxartmıram. Bütün kənd bilir. Sən onunla eşqbazlıq edirsən. Əri də xəbər tutub boşuyub onu. Uşağı da əlindən alıb.
-Əclaf!
Tərlan bir zərbə daha vurdu. Mirzə yerə sərildi. Taqəti olmadı yenidən durmağa. Tərlan hirsindən dəli kimi idi.
- Mənim ona bir dəfə pis niyyətlə baxdığımı görmüsüz? Nankorlar! Alçaqlar. Arvad kimi qiybət edirsiz. Camaatın anasına, bacısına, gəlininə söz atırsız. Ləkələyirsiz. Kim uydurub bunları? Kim? Sevinc yoldaşımın rəfiqəsidir. Ona bir insan kimi kömək etmişəm. Sadəcə budur. Aramızda isə heç bir zaman heç nə olmayıb. Salam-sağoldan başqa.
- Bunu biz uydurmuruq! Tərlan, bütün kəndin arvadları danışır sizin sevgi marəcanızdan.
- Nə dedin, Cəfər?
Tərlan bir zərbə də Cəfər ilişdirdi. Özünü olduqca pis hiss edirdi. Bir an içində eşitdiklərinə dözə bilmirdi. "Yəni Vahid buna görə Sevinclə ayrıldı?"
Cəfər, ust başını düzəldə düzəldə dedi:
- Sən indi bizim hər birimizə bir zərbə vuracaqsan? Bunu bütün kənd danışır.
- Kim? Kim danışır? Gəlsin çıxsın qarşıma. Kim?
Tərlan qışqıra-qışqıra öz küçələrinə getdi.
- Deyin də? Deyin kim danışır?
Bütün sakinlər, gəlinlər, qızlar, qaynanalar, qaynatalar, oğullar, hamsı küçəyə çıxdı. Tərlan qışqıra-qışqıra soruşurdu:
- Kimdir bizə ləkə yaxan? Kim deyib bunu sizə? Kim?
Arifə Tərlanın səsini eşidib çölə çıxdı. Bütün qonşuların Tərlanın dediklərinə tamaşa etməsinə pis oldu. Tərlan isə susmurdu. Küçənin ortasında var qüvvəsi ilə qışqırırdı. Sevinc də evdə diksindi.

- Bu kimdir? Ana eşidirsən?
- Hə, bala! Deyəsən Tərlanın səsidi.
- Nə deyir axı? Niyə qışqırır?
- Nə bilim? Başım çıxmır. Gəl gedək baxaq görək? Bəlkə içib?
Hər kəs sanki tamaşaya çıxıbmış kimi küçə ortasında qışqıran Tərlana baxırdılar.
- Tərlan havalanmısan? Gəl evə. Ayıbdı. Qonum qonşu baxır.
- Belə cəhənnəmə ki. Məyər bu qiybət sevər insanların ən sevdiyi şey deyil? Alçaqlar! Sizlərdən belə pak olan insana ləkə yaxırsız? Allahdan heç qorxmursuz? Xainlər!
- Ana, Tərlan kimdən danışır?
- Bilmirəm bala. Dayan görüm. Bəlkə mənim sözümü eşidər evinə girər.
Dilarə iri addımlarla Tərlanın yanına gəlib qolundan tutdu.
-Gəl, bala, gəl! Gir evə oturaq görək nə deyirsən?
- Yox! Mən bilməliyəm. Dilarə xala, siz deyin bu alçaqlara. Mənim Sevinclə bir salamdan-sağoldan başqa sözüm söhbətim olubmu?
Dilarə Tərlanın verdiyi sualdan yerindəcə donub qaldı.
- Yox. O nə sözdü? Niyə soruşursan?
- Bu xainlər Sevinci ləkəliyirlər. Onun ən pak insan olduğunu belə qəbul edə bilmədilər. Allah sizlərin cəzanızı verəcək.
Arifə yenə qəzəbləndi. Tərlan hər kəsin içində Sevincin paklığından danışdı. Hər kəsi ləkəli onu təmiz insan adlandırdı. Hirsindən özünü ələ ala bilməyən Arifə var gücü ilə Tərlanın sinəsinə şığıdı.
- Demək bu qədər dəyərlidir Sevincin hə? Bütün bunlar həqiqət deyil? Səni neçə dəfə işdən gələndə onlara getdiyini görmüşəm. Neçə dəfə... Danış da! Niyə susursan? Hər kəsin bildiyi həqiqətdir. Vahid Sevinci elə səninlə olan eşqindən xəbərdar olub atıb. Bir dəfə də olsa ona baxdığın kimi mənə baxmadın. Bir dəfə sevdiyini demədin! Sənin uşağın olmasa da qəbul etdim. Ömrümü sənə qurban verməyə razı oldum. Amma sən Sevincini unutmadın.
Olan bitən Sevinci şoka salmışdı. Dili söz tutmurdu. "Vahidin dediyi o böhtanlar Arifədən çıxıbmış." Tərlan yerində donub qaldı. Arifənin hər kəs önündə belə deməsi, özü də bu söz söhbəti Arifənin yayması onu mənəvi və fiziki məhv etdi. Ayaqları və əlləri sümüksüz ət kimi boşaldı. Bir an içində özünü idarə edə bilmədən yerə dəydi. Nə baş verdiyini anlaya bilməsə də çox qorxdu. Hər kəs başına toplaşdı. Arifə də. Tərlan ətrafı dərk edirdi, amma bədənini hiss etmirdi.
- Tərlan? Noldu sənə? Vay dilim quruyaydı. Sənə nə oldu? Dur ayağa.
Tərlan dili güclə söz tuta-tuta dedi:
- Hə-ə-ə-r şeyi sən etdin!...
Mirzə maşınını ora sürüb Tərlanı Cəfərlə köməkləşib maşına mindirdi. Arifə də onunla maşına əyləşib getdi. Dilarə bir an tərəddüt etmədən Sevincin qolundan tutub evə girdi.
- Ana, Arifə nə dedi?
- Bilmirəm, Başlarına hava gəlib. Geyin gedək.
-Hara?
- Hara olacaq? Xəstəxanaya. Tərlandan mənə pislik dəyməyib. Onu bu halda qoya bilmərəm. Öz oğlum kimi çox istiyirəm.
- Yaxşı. Gözlə gəlirəm. Xəstəxana dəhlizində o başa bu başa gedən Arifə özünü günahlandırırdı.
- Dilm quruyardı. Dilim....
Dəhlizdə Sevinclə Dilarəni görüb özünü itirdi. Dilarə Arifəyə baxıb altdan yuxarı üzünü türşütdü. Sevinc isə özünü saxlaya bilmədi:
- Arifə, o nə sözlərdi dedin? Ayıb deyildi sənin üçün? Sən ki, bilirsən Tərlanla aramda heç nə olmayıb. Olması da mükün deyil!
- Sevinc, bura söz-söhbət yeri deyil. Allaha tapşır onu bəsindir. Sən günah etməmisən. Qoy günahı edən qorxsun. Yazıq Tərlan gör Arifədən nələr çəkirmiş. Cavanca oğlan uşağı, turp kimi oğlan göz önündə şam kimi əridi. İnana bilmirəm hələ də...
Dilarənin sözlərindən yerindəcə alışıb yanan Arifə it kimi peşman olmuşdu. Tərlanı sevmədiyini düşünmüşdü. Amma belə deyilmiş. Neçə illərdi bir yastığa baş qoyduğu insanı necə sevməz olardı? Özü də Tərlan kimi xoş xasiyyətli, yola gedən mülayim insanı...
Bir ay keçməsinə baxmayaraq Arifə hər gün xəstəxanaya gedirdi. Tərlan xərçəng xəstəsi idi. Bir aydır tez-tez əsəbləşdiyi üçün qıc olmaları tutduğundan xəstəxanaya yerləşdirilmişdi. Ona sadəcə sakitlik lazım idi. O da ki, yalnız Arifədən uzaqda idi. Tərlan onu görməsin deyə qapı ağzından tibb bacısına ərzağı, geyim- keçimi ötürürdü. Həkim tapşırmışdı ki, Tərlanın qıc olmalarını yalnız sakitlik və rahatlıq apara bilər. Tərlan xərçəng olduğunu bilirdi. Gecikdiyindən müalicə belə ala bilməzdi. Ona vurulan iynələr yalnız güclü ağrı kəsicilər idi. Təsirindən bir müddət sonra ayılırdı. Daha bədənini hiss edir, tez-tez havasını dəyişmək üçün xəstəxananın bağçasında gəzərdi. Sevincin indi nə halda olduğunu ürək ağrısı ilə düşünürdü. Bu bir ayda nələr yaşamış, nələr eşitmişdi. Heç Əsmərdən məktub alıb-almadığını da bilmirdi. Bacardıqca həkimlərə yaxşı olduğunu və son aylarını evində keçirtmək istədiyini deyirdi. Lakin hələ çox zəyif idi. Bir tərəfi qurumaq üzrə idi. Başqa çarəsi yox idi. Gözləməli idi. Məqsədi isə evdə dincəlmək yox, Vahidi axtarıb tapmaq idi. O evli olsa da yanlış yerə Sevinci günahlandırdığını bilməli idi.
Bir neçə ay da keçdi. Fidan hamiləliyin ləzzətini çıxardırdı. Əsmər Sevincə yazdığı məktuba cavab gəlmədiyindən narahat olurdu. Zəminə Fidanın hər nazına dözürdü. Lakin son iki həftədə Əsmər susurdu, Zəminə başlayırdı. Fidan hamilə olsa da dilini dinc qoymazdı. Tez- tez atmacalar atar, tikanlı sözləri ilə evdə hamını incidirdi. Bir gün necə bərk mübahisə etdilərsə Fidan yalandan ağrıdığını bəhanə etdi. Yataq otağına keçib, bir neçə geyim və pulunu götürüb qapıdan çıxdı.
- Ay, qız hara gedirsən?
- Burda uşağa bir şey olar. Gedirəm anamın yanına. Təmiz hava mənə də lazımdı. Vahid gələndə deyərsiz dincəlməyə getdi.
- Başına hava gəlib? Vahid bilsə əsəbləşəcək.
- Mənə nə? Hər gün sizlə dilləşməkdən bir təhər olmuşam. Elə arvad qədri biləndi arxamca gələr.
Zəminə bu gedişi xatırlayırdı. Lakin o gedən Sevinc idi. Arxasınca şər-böhtan atan isə Zəminə. O yağışda pulsuz əşyasız yola çıxmışdı.
Bir an içində Sevincin yaşadıqlarına üzüldü. Özünü günahkar bildi. Mələyi bərk-bərk bağrına basıb öpdü. Sanki qəlbi Sevincdən üzr istəməyə can atırdı. Zəminəni fikrdən Vahidin zəngi ayırdı.
- Alo?
- Ana, Mələk necədi? Fidan necədi?
- Mələk yaxşıdı. Fidanı bilmirəm.
- Necə yəni bilmirəm? Yenə mübahisə etmisiz? Axı o hamilədi. Yazığınız gəlsin.
- Vahid! Bala, eşit gör nə deyirəm. Fidan dedi gedirəm anam mənə baxsın. Təmiz kənd havası uşağa da xeyir olar. Vahid arvad qədri bilirsə arxamca gələr dedi.
- Yenə siz nəsə etmisiz. Durduq yerə Fidan niyə getsin ki? Onu da qovmusan? Sevinci qovduğun kimi?
-Sevinci mən qovmadım. Düzdü günahkaram. Amma onu qovan sən idin bala.
- Hər nə isə. Fidani indi Əsmərlə gedin geri qaytarın. Mən gəlincə evdə olsun.
İki gün sonra Zəminə Əsməri də götürüb yollandı Fidanın anasının evinə. İsti bir yandan, susuzluq bir yandan, yolu tapa bilməməkləri də bir yandan. Nəhayət soruşa-soruşa bir təhər Fidanın ata evini tapdılar. Fidana aparmağa gəldiklərini deyəndə: "Mən heç yerə getmirəm. Vahid özü gələr ayağıma aparar. Sizlərlə bir addım da atmaram. Adamı küçə ortasında ac-susuz qoyarsız."
Bir neçə ay keçsə də Vahid tərsliyinə salıb arxasınca getmədi. Lakin uşağın bu günlərdə olacağını bildiyindən ürəyi dözmədi. Vaxtı ikən Sevincin arxasınca getmədiyinə görə mənəvi əzab çəkdiyindən bu dəfə də eyni səhvi etmək istəmədi. Səhər açılan kimi Fidanın arxasınca getdi. Lakin Fidanı qucağında uşaqla görüb təəccüb etdi. Uşaq vaxtından 15 gün tez doğulmuşdu. Vahidin oğlu olmuşdu. Fidan inadkarlıq edib Vahidlə geri dönmədi. "Mənə bir uşaq lazım idi. O da budur qucağımda min şükür. Get həyatını yaşa. Mən Sevinc kimi əfəl deyiləm. Balamı əlimdən almağa cəsarət etsən görərsən Fidan kimdi!" Vahid Fidanın bu üzünü görməmişdi. "Hamı haqlı imiş Əsmər, anam sözün düzünü deyirmişlər. Ondan insan olmaz. Yox mən özüm insan deyiləm. Sevincin qədrini bilmədim. İlahi ona görə məni cəzalandırırsan? Oğlunum bir dəfə öpməyə də qoymadı. Bu necə insafsızlıq? Bəs mən? Mən ki, eynisini Sevincə etmişəm. İl yarımdı Mələyi ona göstərmirəm. Mən... Mənəm günahkar!... " Vahid ordan kor peşiman evinə döndü. Qapıdan girəndə divanda əyləşən bir cavan oğlanı görüb özünü itirdi. Bir an içində dərdini boğub salamlaşdı.

- Buyurun?
- Vahid bəy, sizinlə danışmaq üçün çox uzaqdan gəlmişəm. Zamanım da azdır. Xərçəng xəstəsiyəm. Son həftələrim, son günlərimdir. Amma sizin həqiqəti bilməyiniz üçün burdayam.
- Siz axı kimsiz?
- Tərlan!
- Tərlan? Arifənin yoldaşı?
Bəli. Tərlan xəstəxanadan nəhayət ki, çıxa bilmişdi. Qıc olmaları olsa iynəsini vuracaq insan var deyərək, arxayın etmişdi həkimlərini. Lakin nə fayda? Onsuz da öləcəkdi. Heç olmasa Sevinci ölərkən xoşbəxt görmək istəyirdi. Sakitlik çöksə də Vahid Tərlanı dinləməyə məcbur idi. Axı mənəvi əzab çəkirdi.
- Sizin Sevinclə eşqbazlıq etdiyinizi Arifə zəng edib demişdi. Mən o andan Sevinci həyatımdan sildim. Mələyi də ona göstərmədim. Hətta uşağın da sizin olduğunu Arifə mənə demişdi.
Tərlan ani olaraq sarsıntı keçirtsə də Arifədən bunaları gözlədiyindən özünü ələ aldı.
- Vahid bəy, mən sonsuzam. Bunu Arifə ilə toyumuzdan bir neçə ay sonra şəhərdə müayinə zamanı öyrənmişik. Arifə bunu yaxşı bilirdi. Sevincə bir dəfə olsun pis niyyətlə baxmamışam. Lakin uşaqlığımdan onu sevmişəm. Bir dəfə olsun onun adına ləkə gəlməsini istəməmişəm. Arifə ilə evlənəndə Sevinc çoxdan sizinlə evli idi. Onu yenidən hamilə olanda gördüm. Çox sıxıntı keçirtdiyini də yoldaşım Arifədən öyrəndim. Anam öləndə bizə gəlmişdi. Kömək etməyə. Bir dəfə onda başsağlığı verəndə danışmışıq. Bir-iki kəlmə. Bir də Mələyin ad günündən 3 gün sonra Əsmər xanımın məktubunu ona verəndə Mələyin şəklini göstərəndə danışmışıq. Ona kimi hər ay məktubu Dilarə xalaya verərdim. Ya da Sevincə verib gedərdim. Kəndə də Arifə qısqandığı üçün şayə yayıb. Lakin hər şeyin doğrusunu bir Allah bilir. Bir Sevinc, bir də sizlə mən. İnsana şər yaxmaq asandır. Lakin gün gəlir etdyin yanlışlıq mənəviyyatını incidir. Doğru etmədiyini gec də olsa dərk edir insan. Zəminə eşitdikcə alışıb yanırdı günah içində. Vahid bir insanın həyatının son anlarında yalan deməyəcəyini bildiyi üçün inanırdı. Həm də Sevincin yeri bura idi. Mələyin və onun yanı. Bu ev eşik yalnız onun ayaqları altına atılacaq qədər ucuz idi. Bir an belə tərəddüt etmədən Tərlana qoşulub yola çıxdı. Zəminə də Mələyi götürüb onlarla birgə getdi. Maşında Tərlan ona həyatdakı hər şeyin qədrini bilməyini, kimsənin sözündən ötrü kimsənin qəlbinə dəyməməli olduğunu başa saldı. Tərlan Sevincin xoşbəxtliyi üçün bu səfərə çıxmışdı. Hiss edirdi ki, taqəti daha qalmayıb. Vahiddən son arzusunu istədi: "Sevinci dünyanın ən xoşbəxt anası, ən xoşbəxt həyat yoldaşı və ən xoşbəxt insan et!". Vahid onun son istəyini qəbul edib. Əməl edəcəyinə söz verdi. Beləliklə, Sevincin ata evinə çatdılar. Qapını açıb evə girdilər. Tərlan bir tərəfinin tamamilə tutulduğunu hiss etsə də bu anı görməli idi.
- Vahid??? Mələk!!!!
Sevinc Vahidi görüb çox təəccüb etsə də Mələyi Zəminənin qucağında görüb ona doğru atıldı. Sevincinin həddi hüdudu yox idi. "Balam! Şip-şirin balam." Vahid artıq Tərlandan öyrənmişdi ki, Əsmər hər ay Sevincə məktub yazırmış. Mələyin bu günə kimi necə böyüdüyündən bəhs edirmiş. Buna görə sadəcə ona təşəkkür borclu idi. Bir ananı balsından ayrı qalsa da ondan xəbəri olması ümid yeridir. Sevinci Mələksiz yaşadan da elə o ümid idi. Budur Mələyi bərk -bərk bağrına basıb öpür, ətrini içinə çəkirdi. Qəribəsi odur ki, Mələyin də qanı bu "yad" insana qaynamışdı. Başqaları onu öpəndə üzünü çəkən o uşaq Sevincin öpüşlərindən yayınmırdı. Bu səhnəni görən tək Tərlan deyildi. Maşının küçəyə girdiyini görən hamı darvazadan boylanıb baxırdı. Arifə də gəlmişdi. Dilarə Vahiddən gəlişinin səbəbini artıq anlasa da bir daha eşitmək istədi. Vahid hər kəsin bərəlmiş gözlərinin onlara zilləndiyini görüb dedi:
- Mən bir zamanlar Arifənin yalanına, böhtanına inanıb gül kimi xanımımı tərk etdim. Qızımızı da ona həsrət qoydum. Arifənin sayəsində günah ardınca günah etdim. İndi həqiqəti öyrənmişəm. Və gəlmişəm ki, Sevincdən üzr istiyib evimizə geri aparam. Sevinc gözləri dolsa da Mələk üçün razı oldu. Vahidə isə dedi: "Səni də Zəminə xanımı da mən bağışladım. İndi qoy Allah sizi bağışlasın!"
Bu Tərlanın son gördüyü və eşitdiyi sözlər idi. Ordaca dünyasını dəyişib əbədiyyətə qovuşdu. Söylənməyən, eşidilməyən tək bir cümlə qaldı: "Mən səni həmişə sevmişəm və sevəcəyəm Sevinc!"...
Hal-hazırda:--><!--/smile:
Sevinc Vahidlə çox xoşbəxtdir. İkinci uşaqları doğulmaq üzrədir. Mələk ilk andan anasına isindi. Əsmər onların xoşbəxtlikləri üçün əlindən gələni əsirgəmir. Sevincə ev işlərində və Mələyə baxmağa çox kömək olur. Ailə həyatı qurmamaqda hələ də israrlıdır. Zəminə etdiyi yanlışlıqları yuya bilmək üçün tövbə edib Allah yoluna gəlib. Fidan kənddə diş həkimliyi edərək oğlunu heç nəyə ehtiyac duymadan böyüdür. Arada Vahid də Sevinclə onlara baş çəkir. Nadejda başqa biri ilə ailə qursa da iki balasını da Vahidə görməyə icazə verir. Vahid hər ay onlara maddi olaraq köməklik edir. Cavid vaxtı ikən etdiyi yanlışlığı hələ də dərk etmir. Vahidin gec tez geri qayıtdığını sözünün sübutü kimi göstərib özündən razılıq edir. Arifə isə Tərlanın ölümündən sonra hər gün məzarlığa gedir. Qəbri üstə Allahdan özünə ölüm arzulayır...

SON
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.