ΚüĻəýÎη SəSÎ Îzªɧ ÈÞər SəηÎ мəηe

18 Nisan 2015
1 245
0
ΚüĻəýÎη SəSÎ Îzªɧ ÈÞər SəηÎ мəηe
ΚüĻəýÎη SəSÎ Îzªɧ ÈÞər SəηÎ мəηe


Küləyin səsi izah edər səni mənə.Səhərin səssizliyi, heç kim yox böyük dünya ortasında sən qalmısan nə gedəcək yerin var nədə eşidə biləcək biri. Səy göstərmək istəyərsən olmayacağını bildiyi üçün yorulmaq istəməzsən düşüncələrə qapılarsan saatlarla səni ən gözəl izah edən saatların qorxusu saral bir anda bir tərpənmə hiss edərsən, həyatın varlığını yaşanacaqların duyğularını gətirər sənə eyni heycanı bədəninin olmadıq yerlərində hiss edərsən bu küləyin səsidir. Səni mənə izah edəcək olan bu külək mənə yenidən doğulmağı, yenidən hərşeyə başlamayı öyrədəcək olan küləkdir. İzah edib keçdi səni mənə, küləkləri bilərsən tez və ürküdücüdür ətrafına nə buraxdığını anlamazsan oda elə getdi, mənə buraxtığı şeylərdə axtardım səni bəlkə bir ipucu bəlkə yeni bir gözləyiş

Və sonunda tapdım Mənə izah etmək istədiyi şeyin sirri sənin ürəyinin səsiymiş tez keçməsinə baxmayaraq ən əhəmiyyətli yeri keçmədən mənə buraxıb getmiş dinlədim saatlarla varlığını hiss etdim, yaşadım və gəlməyini gözlədim, böyük dünyanın səssiz qalan qisimində səndə varmışsan səssizliyi paylaşarkən sim idi sənsizliyi paylaşıram onunla deyirəm bu səfər səsi ilə özünüdə gətir darıxıram. Bu zamana qədər gətirdiyin səsində ruhunu hiss etdim, bir sonrakı gətirdiyin qoxusunda bədənini hiss etdim, mənə bu səfər özünü gətir özümün mən olduğunu hiss edim. Məni bir dəfə daha həyata bağlayacaq hər şeyi ilə yeni bir dünya quracaq olan sənsən...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.