Dəli sevgilim

18 Nisan 2015
2 749
0
Dəli sevgilim
Dəli sevgilim


Könlümün sultanı, başımın tacı,
Darıxıram,səni könlüm istəyir.
Mən sənsiz olmuşam məhəbbət acı,
Bil səni, bir səni könlüm istəyir!

Ürəyimdən keçdi sənli illərim,
Burnumu göynətdi sənli günlərim,
Yanımda olaydın, ay mənim yarım,
Deyərdim, tək səni könlüm istəyir!

Sənə ürəyimdə çoxlu sözüm var,
Heç kəsdə yox,təkcə səndə gözüm var,
Qayıtsan gözlərəm məndə dözüm var,
Dön geri sevgilim,könlüm istəyir!


Səadətin səni günə dəyişməz,
Gün nədir, ay nədir ilə dəyişməz,
İnan ki,obaya, elə dəyişməz,
Ömrün sonunadək səni istəyir,
“Dəli sevgilim”i könlüm istəyir!

Səadət Osmanqızı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.