Mən sənin özünə aşiq olmuşam ...

Sanma taqətsizəm halı yox məni ,
Min gözəl icində secmişəm səni,
At başdan ürəydən kədəri qəmi ,
Mən sənin gözünə aşiq olmuşam ...

Kəpəzdən enmərəm hec zaman yerə,
Düşmüşəm məcnuntək ağızdan dilə,
Dilə nə istərsən məndən sən dilə ,
Mən sənin sözünə aşiq olmuşam ...

Qarğı mərəyidə bizə bəs edər ,
Ağlına pis fikir gətirmə yeter ,
Gözlər gözlərinin keşiyin cəkər,
Mən sənin üzünə aşiq olmuşam ...

Ləblərin baldanda şirindi şirin ,
Gəl səni qoynuma alım gəzdirim,
Qadanı aldığım deyimki bilin ,
Mən sənin könlünə aşiq olmuşam ...

Səndən xatirədir hər ötən hər an ,
Səni sevdiyimi qoy bilsin cahan ,
Bir gün var, bir gün yox dünyada insan,
Mən sənin əhdinə aşiq olmuşam ....

Sən mənim nəyimə aşiq olmusan ,
Sorub sən Seymura gendə durmusan ,
Əgər bu sözlərlə harda rastlaşsan,
Mən sənin özünə aşiq olmuşam ...

