Sən xoşbəxtliyini yaşa...

25 Nisan 2015
1 175
0
Sən xoşbəxtliyini yaşa...
Sən xoşbəxtliyini yaşa...


Yenə hüznlü günlərdən biri..Sabahın açılmasını heç istəmədiyimiz gecənin tez gəlməsi üçün bütün günü yatdığımız bir gün..


Bəlkə də başqaları qınayır?..Günlərcə təsəlli verir..amma dərdini anlayan yoxdur..



İçindəki o acını o yaranı sağaldanın sən olmaduğunu bilmir..


Hər gecə başını yastığa qoyanda axıtdığın o göz yaşları..hıçqırıqların səni boğduğu.. göz yaşlarının yastığı islatdığı o gecədə..sənin kimə ehtiyacın olduğunu kim bilə bilər ki..


Anlamazlar onlar məni..heç sən də anlamadın..anlasaydın ehtiyacım olduğunda varlığını hiss edərdim..nəfəs qədər yaxınımda olduğunu bilərdim..

Sən xoşbəxtliyini yaşa...



Ama yoxsan ..


Ətrafımdakılar anlamır..hərdən özüm də anlamıram özümü..niyə yaşadığımı..kimə görə həyatda qaldığımı unuduram..


Mən sənə görə dəli olmağı belə gözə aldim..içimdə sənə qarşı nə nifrət var nə hirs..sadəcə sevgi..məni dəli edən bir sevgi..


Sevgimdən kimsənin şüphəsi yox..ətrafımdakıların dediklərini eşitmirmiş kimiyəm..ürəyimdə elə yerdəsən ki,sevsəm incidər unutsam öldürər..


Hər sabah yeni ümidlərlə qalxıram və hər axşam o ümidləri qırıram bir bir..


Sən xoşbəxtliyini yaşa...


Xəbərsiz getdin..incitmək istəmədin amma..məni də apardın özünlə..burda qalan sadəcə cismimdi..bütün ruhum,sevgim,sevincim,həyat eşqim-hamısı səni seçdi..


Mənə nə qaldı.. hüzünlü sabahlar,hıçqırıqdan boğulduğum gecələr,hər kəlməsində ürəyimi ağrıdan mahnılar..bu qədər xatirənin əvəzi mənə buraxdığın sadəcə bunlardır..?


İndi elə bir vəziyyətdəyəm ki dönsən də dönməsəndə nə bu ürək əvvəlki kimi sevər,nə də bu yaralar sağalar..mən səni sənsiz sevməyə alışdım artıq..sən xoşbəxtliyini yaşa...


Sən xoşbəxtliyini yaşa...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.