Təsadüf yoxsa Alın yazısı (3-ci bölüm)

25 Nisan 2015
2 961
0
Təsadüf yoxsa Alın yazısı (3-ci bölüm)
Təsadüf yoxsa Alın yazısı (3-ci bölüm)


Artıq bir neçə həftə keçmişdi. Ülviyyə isə Şəhriyarı unuda bilmirdi
Uzun müddətdir onu görmürəm. Görünür bundan sonra da görməyəcəm. Niyə də görməliyəm ki, sadəcə 2 dəfə təsadüfü görüşdük vəssalam. İstəmirəm. Onun haqqında fikirləşmək istəmirəm.Heç adını da bilmirəm. Adını bilmədiyim, iki dəfə gördüyüm bir insan haqqında niyə fikirləşməliyəm ki?
- Ülviyyə, qızım. Burdasan? Aaa... Hələ hazırlaşmamısan? Ay qız tez ol gecikəcəksən.
- Hara?
- Necə yəni hara? Bəs dünən biz nə danışdıq. Rəşad səni bu gün gözləyəcəkdi.
- Mən gedəcəm deyə söz verdiyimi xatırlamıram.
- Sən məni axırda dəli eləyəcəksən. Niyə bizi belə incidirsən?
- Bəs sən niyə mənim əvəzimə danışıb görüş təyin eləyirsən. Mən dedim ki, tanımaq istəmirəm.
- Bu dəfə mən danışmamışam. Rəşad zəng eləyib atandan icazə alıb. Gör nə düşüncəli, nəzakətli oğlandır. Bu hərəkəti heç kim eləməz. Halal olsun ona. Tərbiyəli uşaqdır.
- Baxeee heyran oldum vAllah.
- Tez ol çox danışma. Hazırlaş.
- Amma...
- Atan dünən söz verib. O boyda kişinin sözünü yerə salacaqsan.
-...
- Mənim ağıllı balam. Dur hazırlaş.
Düzü desəm getmək istəyirdim. Amma Rəşadı görmək üçün yox. Sadəcə düşündüm ki, bəlkə...Nə isə.
Budur görüş təyin olunan məkandayam. Rəşad mənə yaxınlaşıb çox nəzakətlə salam verib masa arxasına dəvət etdi. Elə hey keçən görüşə gələ bilmədiyinə görə üzrxahlıq edirdi, sonra valideynlərimizin dostluğundan danışırdı. Dediyinə görə uşaq vaxtı biz bir- birimizi tanıyırmışıq. Nə bilim eee ordan burdan danışırdı. Söhbət əsnasında “siz”dən “sən”ə keçməsi heç ürəyimcə olmadı. Mən indi bütün cəsarətimi toplayıb ona istəmədiyimi, bu işə razı olmadığımı açıq aydın deməliyəm. Amma halım yoxdur danışmağa. Niyəsə özümü halsız, yorğun və bədbin hiss edirdim. Elə bil sussaydım o məni daha yaxşı başa düşəcəkdi. İstəmədiyimi daha yaxşı anlayacaqdı.
- Kimisə gözləyirsən?
- Nə?
- Elə bil kimisə axtarırdın ona görə soruşurdum ki, kimisə gözləyirsən?
- Xeyr. Heç kimi gözləmirəm.
Haqlıydı. Fərqinə varmadan tez tez ətrafa boylanırdım. Niyə? Mən kimi gözləyirdim?
(Şəhriyar)
Ad günündən sonra onu görməmişəm. Bilmirəm niyə, amma onu görmək və saatlarca söhbət etmək istəyirəm, düz gözlərinin içinəbaxmaq istəyirəm. Gülüş dolu gözlər. Balaca uşaqlar kimi uzun kipriklərini tez tez döyməsi. Utandan qızarmasına.. saatlarnan baxaram. Niyə? Tanımadığım, adını bilmədiyim birini niyə görmək istəyim? Niyə getdiyim hər yerdə onu axtarıram?
Ad günündə qızı pərt elədim. Sonra daha da utandırmayım deyə yaxınlaşmadım. Bütün cəsarətimi toplayıb yaxınlaşmışdım ki, bu dəfə də o getdi. Deyəsən bərk incimişdi. Haqqı da var idi. Mən öküzlük elədim. O çaşqın halı gözümün önündən getmir. Bu təsüdüfü görüş elə iki dəfə olacaqdı? Mən indi onu haradan tapım?
Təsadüf adlandırdıqları bu görüşlər Şəhriyarın zənn etdiyi kimi sona çatmamışdı. Onlar hər an hər yerdə görüşə bilərdilər. Hər an hər yerdə...
- Alo
- Alo Ülviyyə hardasan?
- Sənə də salam Nərgiz xanım.
- Vaxt yoxdur hardasan? Təcili surətdə Gəncliyə gələ bilərsən. Mən ordayam. Kamran müəllim iş tapşırıb, sənsiz eləyə bilməyəcəm. Köməyinə ehtiyacım var.
- Nə işidir? İndi 28 Maydayam mən.
- Gəl danışarıq. Metro ilə gəl daha tez olar, tez ol!
- Baş üstə Nərgiz xa...buna bax telefonu üzümə bağladı. Dayan ifritə göstərəcəyəm sənə.
(Metro)
Həmişə də burda istiqamətləri səhv salıram. Ülviyyə yuxarıda cədvəl axtara axtara asta addımlayırdı ki, kiminləsə toqquşdu.
- Ay üzr istə.... Siz?
- Siz?
Bu Şəhriyar idi. Hər ikisi təəcüb və sevinc dolu baxışlarla bir- birinə baxırdı. Hər ikisi də fərqinə varmadan bir dəqiqə susaraq şok vəziyyətində baxışırdılar.
- Bir birimizi hər dəfə görəndə belə müraciət etmək məcburiyyətindəyik? Mən Şəhriyar.
- Ülviyyə.
- Tanış olduğumuza məmnun oldum.
- Məncə biz artıq tanışıq.
Hər ikisi bu sözə gülümsündü.
- Ola bilər. İndi daha yaxından tanış olmuş olarıq.
Ülviyyə bu sözə istər istəməz qızardı. Şəhriyar Ülviyyənin əlini hələ də sıxıb yelləyirdi. Özü də fərqində olmadan.. Heç Ülviyyə də fərqində deyildi vəziyyətin. O anın sehrinə qapılmışdı. Birdən özünə gəlib əlini çəkdi. Şəhriyar gülümsəyərək.
- Həmişə buradan istifadə edirsiniz?
Şəhriyarın niyyəti onun istifadə etdiyi məkanı dəqiqləşdirmək idi. Ülviyyə bunu fərqinə varmadan cavablandırırdı.
- Yox. Burada kiçik bir işim var idi ona görə. Siz burada neynirsiniz?
Ülviyyə bir az axmaq sual verdiyinin fərqində deyildi. Heç Şəhriyar da qurduğu cümlələrdə dilinin topuq vurduğunu, uşaq kimi danışdığının fərqində deyildi. Vaxtı uzatmaq üçün bilmirdi ki, nələrdən söhbət açsın. Səhər tezdən maşınında birdən –birə yaranan nasazlıqdan bütün əhvalı korlanmışdısa da indi buna şükür edirdi.
Ülviyyənin telefonu zəng çaldı. Əlini atıb ekranda Nərgizi görəndə təəsüflə - Bağışlayın mən getməliyəm. Tələsirəm. dedi.
- Hə bağışlayın sizi saxladım. Görüşdüyümüzə şad oldum. Bəlkə yenə nə vaxtsa görüşərik.
- Mən də şad oldum. Bəlkə də.
Ülviyyə arxasını dönüb gedəndə Şəhriyar əlini başına vuraraq “Axmaq oğlan. Harada görəcəksən bir də. Telefonun istəsəm birdən pis başa düşər. Mənə güvənməz. Görüş təyin etsəm necə? Eh artlq gecdir. Getdi..” Şəhriyar da təəsüflə Ülviyyənin getdiyi stansiyanın əksinə getdi.
( Ülviyyə.)
Səhv gəldim. Offfff... Həzi Aslanov yerinə Memar Əcəmi. Çox gözəl. Hər şey əladır. Bircə burda pərt olmamışdım o da oldu. Bir qatarı buraxım o getsin sonra gedərəm. Ayıbdır. Nərgiz məni öldürəcək... Şəhriyar. Adı Şəhriyar imiş. Qəşəng adı var...Ülviyyə bu fikirlərdən cəld ayılaraq üzündəki təbəssümü yığışdırıb digər tərəfə keçdi.
- Siz?
- Siz?
Heç bir sözə ehtiyac yox idi. Hər ikisi sadəcə qəh -qəhə ilə güldülər. Görünən o idi ki, Şəhriyar da stansiyanı səhv salmışdı. Niyəsə....))
- Harda qaldın? Bir stansiyadırda.
- Bağışla istəmədən gecikdim.
-....
- Nə olub niyə elə təccüblə baxırsan?
- Mən də onu soruşacaqdım. Normalda səni belə anidən çağıranda hamının içində indi məni öldürərdin, ən azından qolumdan bir çimdik atardın. amma indi gecikdiyin üçün üzr istəyirsən. Nə olub?
- Allah səni güldürsün. Mən eləyəm?
- Hə
Ülviyyə tam ciddi sifətlə - Nərgiz, düş qabağıma!
- Bağışla bağışla. Mənə lazımdır axı bu. Gül kimi əhvalın yaxşı idi.
- Yaxşı bəsdir gedək.
(Şəhriyar)
- bilmirəm niyə bu qədər tərslik edirsən. Istəsən 2 dəqiqəyə taparam onu. Bilirsən ki Jalənin tanışıdır. Elə tərs -tərs baxma.
- Elçin xahiş edirəm. mənim heç kimdən xoşum gəlmir. Hələ belə şeylərdən heç xoşum gəlmir. Birdə bu söhbəti açma.
- Amma səni belə görəndə pis oluram çox bikefsən
- Bikef deyiləm. Sadəcə gözləyirəm.
- Nəyi
- Zamanı
- Şəhriyar məni qorxudursan......... Gülmə... bilirsən ki, dostunam nə kömək lazım olsa hazıram.
- Bilirəm- bilirəm çox sağol. Narahat olma hər şey qaydasındadır.
- Yaxşı sən deyən olsun. Axşam çıxaq bir yerə?
- Mən evə getsəm yaxşıdır. Hətta gecikdim artıq yolda olmalı idim. Sağol
- Sağol
Elçin başa düşmək istəmir ki, mən bu təsadüfün olmasını istəyirəm. Başa düşmək istəmir ki, mənim ondan xoşum gəlmir mən... Mən... mən.....bilmirəm....Hə istəsəm nömrəsini verərə hətta görüşdürər. amma bunu başqa görüşlərdən fərqli olmayacaq. əgər qismətimdə varsa o yenə mənim qarşıma çıxacaq.
- Şəhriyar!
- Hə ana
- Hardasan
- Gəldim
- Oğlum axşam sevincgilə gedəcəyik. Bizi apararsan atanla?
- Ana!!
- Atan maşınını təmirə verib. Yoxsa ki, narahat eləməzdim
- Mən də inandım
- Ayıb olsun xətrimə dəydin yalan deyəcəm?....(Müəllif: Lili SH). hələ gülür
- Yaxşı apararcağam, amma səndə atamın yanında“bura qədər gəlmisən gəl salamlaş sonra get” deyib içəri salıb “gəlmişkən Zülfiyyəni də apar gəzdir bizi götürməyə gələndə gətirərsən” deməyəcəksən
- Deməyəcəm deməyəcəm.. hazırlaş orda sənə köynək də şalvar da ütüləmişəm. Məncə qara pencəyini geyin o sənə daha çox yaraşır. Daha yaraşıqlı görünürsən. Mənim oğlum hamıdan yaraşıqlıdır.
- Ana indicə söz dedim axı.
- Mən nə dedim ki. Sən həmişə səliqəli geyinməyi xoşlayırsan. Danışdıq da heç nə deməyəcəm
Anası Şəhriyarın dediyi hər şeyi eləmişdi. Eyniliynən zorla evə salmış sonra Şəhriyarın aldığı tərbiyədən etiraz etməyəcəyini bildiyi üçün Zülfiyyəni gəzməyə aparmağı ona təklif etmişdi. Məcbur Zülfiyyəni aparacaqdı.

Bölümün sonu
Təsadüf yoxsa Alın yazısı (3-ci bölüm)Təsadüf yoxsa Alın yazısı (3-ci bölüm)Təsadüf yoxsa Alın yazısı (3-ci bölüm)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.