Təsadüf yoxsa Alın yazısı 17-ci bölüm

27 Nisan 2015
2 478
0
Təsadüf yoxsa Alın yazısı 17-ci bölüm
Təsadüf yoxsa Alın yazısı 17-ci bölüm

Biz,yəni Səlim Şahnaz mən eyni universitetdə təhsil alırdıq. Fakültələr eyni idi, amma Səlim bizdən bir kurs yuxarı oxuyurdu. Olduqca yaraşıqlı idi.. Təsəvvür etməyə gərək yoxdur Şəhriyar onun eynisidir. Çox qızların könlü onda idi. Mənim də xoşum gəlirdi, amma həm birinci kursda oxuyurdum deyə o vaxtlar ayıb bilirdim özümə bunu bəlli etməyi həm də şorgöz bilirdim onu. Bilirdim deyəndə elə idi. Hər gün bir qız ağlayırdı onun üzündən təsəvvür elə. Arada baxışlarını hiss edirdim dəhlizdə, amma əhəmiyyət vermirdim. Birinci kurs bitəndə yaya tətilində bir iki dəfə onu məhləmizdə gördüm. Məni görən kimi dayanıb uzaqdan baxırdı. Mən də qorxurdum ki, atam anam görər universitetə də getməyə qoymazlar. O vaxtlar indiki kimi deyildi. Yenə də əhəmiyyət vermirdim ki, yəqin ki, binamızda istədiyi qızlardan biri yaşayır. Ikinci kursa keçəndə ilk dərs günü qapımız açıldı və Səlim içəri keçdi. Onun barəsində yenə mənfi fikirə qapıldım ki, şorgözlüyünün üzündən kursda qalıb. Sən demə elə deyilmiş. Zamanla bunu bildim. Dərsdə baxışlarını üzərimdə hiss edirdim. Şahnaz o vaxtlar ayrı biri ilə dostluq edirdi, amma Səlim bizim qrupa keçəndən sonra mənə yaxınlaşmağa başlamışdı. Mən də saf inandım ki, doğrudan dost olmaq istəyir. Hər fürsətdə soruşurdu ki, səlimdən xoşum gəlir ya yox. Mən də utanırdım deyə hər dəfə yox deyirdim. Amma nə yalan deyim Səlimin baxışlarını hiss etmək xoşuma gəlirdi. Zamanla ona alışmağa başlayırdım ya da bəlkə sevməyə. Bunu sonradan biləcəkdim. Bir dəfə dəhlizdə qrup yoldaşım mənə uzaqdan adımla xitab edib çağırmışdı. Səhəri o oğlanı qolu sınmış üzü gözü yara içində gördük. Yaxınlaşıb soruşanda mənə dedi ki, get onu sevgilindən soruş. Heç nə soruşmadım, amma ağlıma da gəlmədi ki, bu Səlim ola bilər. Həmin günü dərsdən və gedəndə Şahnaza şübhələrimdən dedim. Həm də dedim ki, ondan xoşum gəlir. Şahnaz isə başladı ki, o şorgözdür, səni də aldadacaq. Bütün qızlara yalandan vədlər verir. Həm də Şahnaz onun uzaqdan qohumu olurdu deyəsən. Çünki elə demişdi. Yavaş yavaş könlümdən salmağa çalışırdı, amma bilmirdi ki, mən gündən günə ona bağlanıram.Söz vermişdim özümə ki, onu sevməyəcəm, amma sevgi sözə baxmır. Bir neçə gün sonra isə qrupun oğlanları məndən uzaq gəzməyə başladılar. Kimə yaxınlşıb söz soruşurdum üzümə də baxmadan qaçırdılar. Yenə heç nə başa düşməmişdim. Sizə nə olub deyə soruşada Səlim içəri keçdi və “mən icazə verməmişəm” dedi. Donub qalmışdım. Başı ilə işarə edəndə bütün qrup çölə çıxdı. Əlləri cibində mənə yaxınlaşıb. “Mənim gələcək həyat yoldaşım oğlanlarla danışmamalıdır. Nə lazımdır məndən soruş ”deyib çölə çıxmışdı. Nərgiz təsəvvür edə bilməzssən halımı. Həm sevinridim ki, məni sevir və hörmət etdiyindən həyat yoldaşım deyir digər tərəfdən onun özündən razılığı əminliyinə əsəb olmuşdum. Şahnaz gəlməmişdi həmin gün. Evə tək gedəndə hiss etdim ki, arxamca kimsə gəlir. Yavaşaca ayaqqabılarımı bağını bağlamaq bəhanəsi ilə yerə çökdüm və griyə baxanda onu gördüm. Səlimi. Yaxınlaşdı mənə yenə ayağa durmağımı dedi. Qalxanda isə özü əyilib ayaqqabılarımın bağını bağlamaq istədi. Geri çəkiləndə qalxıb düz gözümə baxdı. Onun o baxışları qarşısında sərt danışmaq mümkün deyildi. Əriyib gedirdin. Zamanla arxamca gəlməyə başladı. Kiçik jestlər edirdi. Amma mən hələ onunnla bir kəlmə brelə kəsə bilmirdim. Şahnaz isə həmişəki ampluasında idi. Onu dayanmadan pisləyirdi. Amma Şahnaz gecikmişdi çünki mən onu çoxdan sevirdim bunu anlamışdım. Biz gizlin görüşməyə başladıq. Sevgililər kimi. Utanıb çəkingən olduğumdan həmişə mənə məsafəli davranırdı. Incitməzdi heç vaxt. Bir il belə davam elədi. Daha da bir birimizə bağlandıq. Artıq universitetdə də hamıya bildirmişdi ki, mənə yaxınlaşan olmasın. Uzaq qohumlardan elçi çıxmışdı. Ülviyyəni atası. Kamal. Ona deməyə məcbur idim. Dedimdə. Heç nə demədən gözlə deyib getdi. Bir gün gözlə dedi. Mənsə evdə Kamalla evlənməyəcəyimi deyəndə aləm dəydi bir birinə. Səlimlə maraqlanmaq üçün adını soyadını öyrənməyə çalışdılar. Günlərlə universitetə qoymadılar qapını bağlayıb ac susuz saxladılar. Dediyimin üstündə dayandım. O vaxtlar telefon hər evdə olmurdu deyə səlimdən xəbərsiz idim. Şahnaz bizə gələndə isə ondan xəbər göndərmək üçün kiçik məktub yazmışdım. Günlər sonra ailəm məni universitetə buraxmışdı, amma dayıoğlanlarım yanımda cangüdən kimi gəlirdilər. Təsəvvür et universitetdən icazə almışdılar ki, dərsdə də otursunlar. Çox utanmışdım çox. Səlim də gəlmirdi dərsə deyə lap narahat olurdum. Şahanzdan soruşanda isə məktubu verib ya yox. Şahnaz məktubu mənə uzadıb oxumaq istəmədi.dediyində başımdan qayanar su töküldü elə bil. Dərsdən icazəalıb ayaqyoluna getdim ki, üz gözümün yaşını silim. Dayıoğlanarım çölə çıxanda hirslə ayaqyoluna gedirəm deyə qışqırdım. Onlar isə ağladığımı görüb geri çəkildilər dəhlizdə dayandılar. Ayaqyoluna girməyib həyətə çıxdım. Hava alamalıydım. Necə qaçdığıma özüm də məttəl qalmışdım. Qolumdan kiminsə tutduğunu hiss etdim döndüyümdə Səlimi gördüm. Gözlərində əsəb hirs. Amma mənimkindən çox ola bilməzdi.
Gülnaz dərindən nəfəs aldı. Nəfəsinin titrədiyindən nə qədər ağır olduğunu anlayan Nərgiz – istəyirsiniz sonra davam edərsiniz. Deyə Gülnaz xalanın əlindən tutdu. O isə gözləri dolmuş şəkildə başını yox kimi yellədi.
- Ona qışqırmağa başladım. Niyə məktubumu oxumadığını niyə mənimlə maraqlanmadığını niyə elçi gəlmədiklərini deyə qışqırmağa başladım. O anda - nə məktub mənə məktub gəlməyib dediyində səsimi necə başıma atmışdımsa əhəmiyyət verəyib danışmağa davam etmidşim. O isə əli ilə ağzımı yumub. Indi mənə qulaq as dedi. Atama dedim, amma o mənə uzaq qohumuza söz verdiyin dedi.. bu sözə yerimdə donub qalmışdım.
- Necə yəni? Və?
- Atam söz verib başa düşürsən.
- Başa düşdüm söz verib. Və? Neynəmək fikrindəsən.
- Gülnaz...mən... mən onun sözündən keçə bilmərəm. O boyda kişinin sözünü yerə salsam ailəmiz nəslimiz ondan üz döndərər.
- Aaa nə gözəl... toyuna çağırmağa gəlmisən?
- Gülnaz
- Nə Gülnaz! Nə!! Nə!! Nə!! Bəs mən? Mənə verilən vəd!
- Mən bilmirəm. Elə bilirsən mənə asandır.
- Əlbəttə asandır. Sən kişisən mənsə qadın. Mən sözümü keçirdə bilirəmsə ailəmi razı sala bilərəmsə sən də edə bilərsən.
- Gülnaz sənə demək asandır. Sənin ailən...
- Nə? Mənim ailəm səninki kimi hörmətli deyil? Səhvin var Səlim səhvin var.
- Mən elə demək istəmədim.
- Sən elə bunu demək istədin. Səlim əgər bu həftənin sonuna qədər həll etməsən elçilik məasələsini mən Kamala hə deyəcəyəm. Ömürlük məni itirəcəksən bunu bil. Indi get atanla danış.
- Gülnaz!
Bir həftə keçdi, amma ondan səs səmir yox idi. Sonra...sonra yenə görüşdük və mənə dediyi söz – mən bacarmayacağam oldu. Təsəvvür elə Nərgiz. Ailəmi razı salmışdım bu bir həftə içində o isə mənə dedi ki, mən bacarmayacağam. Ona nələr demədim. Qorxaq cəsarətsiz alçaq... hər şey.. Hətta sonda xoşbəxtlik arzulamadığımı belə dedim. Çünki ona dedim ki, onun kimi yalançı vədlər verən biri onsuzda xoşbəxt olacaq. Və gördüyün kimi xoşbəxtdirdə bir oğlu var və mənim ən yaxın rəfiqəmlə evlidir. Gülnz xala acı acı gülümsündü.
- Bəs siz Gülnaz xala. Necə oldu sonra
- Sonra Kamalgilin ailəsi gəldi. Necə olmuşdusa Kamal hər şeyi öyrənmişdi. Mənim fakültəmi dəyişmişdilər. Universitetin ayrı binasında idi artıq. ÖZüm bunu istəmişdim. Bir gün Kamal universitetə gələndə mənə dedi ki, bilir ki həyatımda kimsə olub və onu sevmişəm, amma söz verdi ki, əlindən gələni edəcək ki, onu sevim. Hər eyi unudum.
- Onu sevdiniz?
- Qızım Sevgi əbədi deyil. Təzədən sevmək mümkündür. Kamala mənim ömür gün yoldaşım oldu, tək övladımın atası oldu. Məni o halımla yəni könlümdə başqa birinin olduğu təqdirdə qəbul etdi və yaralarımı sarımağa kömək olacağına söz verdi. Zamanla ona öyrəşdim. O əvəzolunmaz insandır. Mənim indi ağlamağıma baxma mən Səlimi hələ də sevdiyimdən deyil, onun mənə qarşı onların mənə qarşı etdikləri haqsızlıqdan olur. Düzür 19 yaşım var idi onda. Amma Nərgizim ilk olan heç nə unudulmur. Necə ki ilk sevgi unudulmur ilk nifrət də elə.
Nərgiz əslində bunu özü üçün soruşurdu həm də. Onu da ilk sevgisi daşa dəymişdi, amma o Gülnaz kimi olmaq istəmirdi. Qəlbinin dərinliyndə bir daha ürəkdən sevəcək deyə hiss vardı. Nərgizin təssüfləndiyini görən Gülnaz onun balaca əllərini ovcuna alıb qızım yenidən sevmək mümkündür, amma bir şərtlə ki, qəlbində o sevgiyə yer ayırasan, nifrətə ayırdınsa sevgi məskən sala bilməyəcək.Mənim illər boyu tək səhvim bu oldu. Ürəyimdə səlimə olan nifrəti böyütdüm kamala olan sevgim onun yanında kiçik qaldı. Sən belə eləmə. Sonra onun saçını sığallayıb alnından öpdü. Ülviyyə artıq oyanmışdı. Mətbəxə gəlib onları belə görəndə heç nə demədən su içib yenidən yatmağa getdi. Nərgiz və nası ona baxırdı, o isə heç nəyi vecinə almadan anasına tərəf də dönmədən Nərgizə baxıb yüngülcə gülümsündü. Gülnaz narahat baxışlarla Nərgizə baxanda – narahat olmayın Gülnaz xala düzələcək. Bilmirəm necə amma düzələcək. Şey.... Onu Şəhriyardan ayıracaqsınız?
- Nərgiz özün düşün bütün bu olanlardan sonra onlar necə birlikdə ola bilər
- Axı onlar birini sevir. Həm nə olsun. Olan olub artıq..
- Yox..olmaz vəssalam. Zamanla öyrəşəcək.
- Siz öyrəşmisiniz Gülnaz xanım?
- .....
- Məncə düşünün. Nərgiz Ülviyyənin otağına keçdi Ülviyyə sakitcə yerində oturmuşdu. Nərgiz onun yanında oturanda başını onun dizlərinə qoyub uzandı.
- Nə dedi? Niyə belə eləyiblər.
- Ən yaxşısı özündən soruş.
- Onunla danışmaq istəmirəm
- Ülviyyə o sənin anandır.
- Ana qızını xoşbəxtliyini istəyər. O isə əvvəldən əlindən gələni edir ki, mənim üzüm gülməsin.
- Dəlisən sən o nə sözdür.
- Nə isə mən yatmaq istəyirəm.
- Yaxşı yat sakitləş.. Ülviyyə yuxuya gedərkən şəhriyar yenidən evə qayıdır ata və anasının divanda əyləşib susduqlarını görnəd stul götürüb qarşılarına qoyur və əyləşir
- Indi deyim görüm nə baş verir?
- Şəhriyar məncə indi zamanı deyil
- Xeyr ana indi tam zamanıdır. Eşidirəm. Kimsə heç nə deməsə bu otaqdan çıxmayacaq.
- Oğlum anan düz deyir indi yox.
- Ata kimsə nəsə deməsə bu otaqdann çıxmayacaq. Mənim üzümü bir də görmək istəyirsinizssə hər şeyi danışacaqsınız.
- Yox! Yox! Şəhriyar uşaqlıq edirsən.
- Mən uşaqlıq edirəm? Məncə əksinədir.. buyurun eşidirəm. Nə baş verib! Şəhriyarın axırıncı kəlmələrini aramla bölə bölə və əsəblə deməsi anasını titrətdi. Nə desin, necə desin ki, bir vaxtlar sevən iki insannın arasına girib. Necə desin ki, Gülnazı ailəsinə pisləyən o olub, necə desin ki, ona olan sevgisindən ən yaxın dostunu satıb.
- Ana eşidirəm. Ata! Buyurun. Səlim Bəy aramla boğazını yaşlayaraq – oğlum gəl gedək ikimiz danışaq.. deyərək ayağa qalxdı. Eyvana çıxan kimi Şəhriyar onun arxası ilə gəldi. Səlim arxaya dönmədən aramla danışmağa başladı. Hər şeyi danışdıqca Şəhriyar şok olmuş vəziyyətdə divara söykəndi. Bir müddət elə qalıb sonra səssizliyi pozdu – indi necə olacaq?
- Bilmirəm
- Necə bilmirəm.Sizin cavanlıqda yaşadıqlarınızı biz ödəmək məcburiyyətindəyik?
- Oğlum bu iş alınan deyil
- Yox ata.. Sənə elə gəlir. Bu iş alınacaq. Deyib eyvandan çıxdı.
Günün sonuna qədər hamı ruh kimi gəzirdi. Ülviyyə bütün gücünü toplayıb anasını yanına getdi baxışlarını qaldırmadan – eşidirəm dedi. Anası isə udqunaraq. – mən səni çağırmamışdım.
- Ana nə demək istədiyim başa düşdün. Eşidirəm. Danış. Nə baş verib.
- Danışmağa bir şey yoxdur. Bu evlilik olmayacaq. Vəssalam.
- Ana nə baş verib! Gülnaz dözməyib ağlamağa başladı. Anasını bu halın görəndə özü də pis oldu, amma yerindən təpənməyərək – danış deyə dilləndi. Gülnaz bu gün olanları danışmağa bir daha güc tapmadı. Çiyinləri düşərək hönkürtü ilə ağlamağa başladı. Ülviyyə onun dsnışa bilməyəcəyini görüb o da ağlayaraq otağına keçdi. Üzü yatağa uzanmışdı ki, telefonuna gələn zəngə başını qaldırdı bu Şəhriyar idi.
- Alo Şəhriyar.
- Ülviyyəm.
- Şəhriyar nə baş verir? Niyə kimsə mənə izah etmək istəmir?
- Sakit ol.. Narahat olma.. eyy ağlama orada. Hazırlaş düş aşağı burdayam.
- Gəlirəm deyib telefonu söndürdü.
Aşağı düşən kimi Şəhriyar onu bərk bərk qucaqladı. Gözünün yaşını silib alnını öpüb saçlarını qoxladı
- Ülviyyəm qorxma. Hər şeyi həll edəcəyəm. Inan mənə. Xahiş edirəm sadəcə inan.
- Necə? Axı nə baş verir?
- Sən bu gözəl başını belə şeylərə yorma. Mən dediyim elə. Səbr et. Söz verirəm. Şəhriyar Ülviyyəni ehmalca dodaqlarına öpüş qondurdu. Ülviyyə başını onun çiyninə qoyub huzurlu şəkildə gözlərini yumdu. Səlim bəy fikirli halda eyvanda siqaret çəkərkən telefonu zən çaldı. Tanımadığı nömrə idi.
- Alo
- Alo.
- Sən?
- Hə mənəm. Danışmalıyıq.
Səlim telefonu yerə qoyub əlində yazdığı adresə baxdı. Illər sonra yenidən onunla üz üzə gələcəkdi.
Bölümün sonu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.