Oyan Şirinim Mənim

30 Nisan 2015
1 573
0
Oyan Şirinim Mənim
Oyan Şirinim Mənim

http://hizliresim.com/upload.php#

Oyan,bəyazım-ağım,
dadlım-şirinim mənim...
Bir bax Günəş də necə-
mehriban və səmimi...
Göy üzündə təbəssüm,
buludlar da nəmlidi,
öpüşün kimi- nəsim....
Zərif gül ləçəyidi,
o qırmızı gülləri ,
yoluna səpərəm mən...
bu səhər sübh çağında,
Şirin xəyallarından,
oyanarsan,əzizim...
olduğuntək qarşımda
dayanarsan,əzizim...
Köksündəki o aləm,
sirli bir kainatdı...
Ovcundadır əllərim,
bu,özü bir həyatdı...
Bu,gözəllik dünyası-
oyatmağa,cəsarətim çatmadı...
Qəlbinin döyüntüsü,
pıçıltılı-həzindi-
oyan daha,əzizim...
Bu aləm də bizimdi!...
Mən o mavi gözləri
özləmişəm,sevdiyim.
Zərif-incə geyimlə,
bəyaz örtüyün ilə
yanıma gəlməyini
gözləmişəm,sevdiyim!...
Nəyə dəyişmək olar,
axı bu səadəti...
Gülüm!...yenə də özün
içir dodaqlarıma
o eşqi-məhəbbəti!..

http://hizliresim.com/upload.php#
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.