Sən

04 Mayıs 2015
1 272
0
Sən
Sən

İstilik deyincə,sən,gəlirsən ürəyimə...
Sən gəlirsən gecələrin arasından,
soyuqların arasından,ürəyim isti olur..
Sən,mənim isidənimsən,ürəyimi ipisti edən...
Əllərimin axtarıb da tapdığı buraxmaq istəmədiyisən...
Bədənimin yarısı,qolumun o biri qolusan...
Məni,qucaqlayıb sevən,sevgini öyrədənsən...
Sən olunca qarlar yağsın küçələrə hər yan buz tutsun..
Sən olunca,uzaqlar uzaq olsun,sən yaxınsan onsuzda...
Çətinliklər həmişə məni tapsınn....Sən asant deyilsən...
Sən
Sən,gözüm,qulağım,ağlım,ürəyimsən...
Tup-tup edən ürəyim...
Ürəyimi hər gün gəncləşdirən qanımsan...
Məni sevginlə dövlətləndirən,
Gözlərinlə xoşbəxt edənsən...
Gözlərində hüzün görsəm hüzünlənərəm,
sözlərində acı hiss etsəm qırılaram...
Yapışmaz qırılmış ürəyimin parçaları,
davam edər qırılmağa...
Uzanan ipisti əlin məni ümidlərə aparır...
Qırılan hər bir parça yenilənir,qıranlar unudulur...
Yenidən bir yolçuluğa çıxılır sənin hər bir sözünlə...
Sən
Bilmirəm sənə "ümid" desəm, "can" desəm, "canım" desəm,
"sevgi" desəm, "sevgilim" desəm...Nə desəm az sənə...
Sənin sevginə..."istimsən" desəm....İsit məni həmişə sevginlə...
Qoru,müdafiə et məni...Bütün üzüntülərimə dəstək ol...
Yanımda ol...Hər zamankı kimi sən ol...
Sevgim açıq qollarım kimi...Səni gözləyir...
Ən gözəl sözləri desəm.. "güvən" desəm,"rahatlıq" desəm,
"gözəllik" desəm...Daha nə deyim.. "canım" desəm...
Hamısını deyib,səni ürəyimə qatıb,tamamlayıram hər şeyi...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.