Gözləyirəm sevgilimin yolunu..

09 Mayıs 2015
4 231
0
Gözləyirəm sevgilimin yolunu..
Gözləyirəm sevgilimin yolunu..
Gecənin o cadulu saatlarında pəncərədən süzülən ay işığında səni düşünürəm.

Gözləyirəm sevgilimin yolunu..

Ürəyim, həsrətlə yanır; bir qəribəlik hiss edirəm, ürəyim içimə sığmır;
can qəfəsdən uçmaq istəy
ir.

Gözləyirəm sevgilimin yolunu..

Yediyim çörəkdə, içdiyim suda, iylədiyim güldə, yağış damlasında, qar dənəciklərində,
Səni düşünürəm.



Günəşin hər səhər doğuşunda, hər axşam batışında Səni arzulayıram;
sevgin ürəyimi titrədir.


Gözləyirəm sevgilimin yolunu..

Getdiyim yollarda, danışdığım insanlarda, uçuşan
qızıl qanadlı quşlarda həmişə səni görürəm.

Gözləyirəm sevgilimin yolunu..

Sevgin həm boranı, həm qışı, həm baharı, həm yazı, həm istini,
həm səmanı qucaqlayır.

Gözləyirəm sevgilimin yolunu..
Sənin içində olmaq, ürəyinə yelkən açmaq istəyirəm.
Bəzən bir gülün qoxusunda, bir gülə baxışımda, toxunuşumda
səni görürəm.



Bir soyuq qış gecəsi məni isitdin ilıqlığınla, hecasına
ömürlər veriləcək sözlər eşitdirdin.

Gözləyirəm sevgilimin yolunu..

Gözləyirəm sevgilimin yolunu, ümid dolu bir intizarla həm də;
Onun işığı ruhuma dolur...


Kirpiklərimi yuyan gözyaşlarım,
səhərlərdə səmaya açılan ovuclarım şahiddir; yalan deyil sevgim!
Gözləyirəm sevgilimin yolunu..

Ürpərən ürəyim, titrəyən bədənim, bədənimin bütün zərrələri şahiddir,
Səndən başqasını sevmədim.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.