Söz ver ki, yanımda olacaqsan...

09 Mayıs 2015
1 739
0
Söz ver ki, yanımda olacaqsan...
Söz ver ki, yanımda olacaqsan...

Söz ver ki, yanımda olacaqsan həmişə. Nə olur olsun. Ayrılsaq belə, ruhun həmişə mənimlə olacaq. İstədiyim vaxt səni duya biləcəm. Bunu mənə söz ver.......

Niyə? Niyə axı susdurursan məni? Mən çox şeymi istəyirəm səndən? Mən sadəcə yanımda olmağını istəyirəm. Söz ver mənə. Bu gözlərin başqa gözlərə baxmayacağına dair söz ver....Əllərinin başqa ələ toxunmayacağına dair söz istəmirəm. Bu mümkün deyil. Yalanlarla aldadılmağımı istəmirəm. Mən sadəcə.....

Bilirəm. Bir gün mütləq biri çıxacaq qarşına . Mənim kimi olmayacaq onunla. Heç olada bilməz. Onu sevmə demirəm sənə...Amma mənə söz ver. Söz ver ki, məni sevdiyin "O" sevgini heç kimə birdə verməyəcəksən. İllər keçsə belə, qəlbində tutduğum o yeri, heç kimsənin almayacağına dair söz ver mənə, sevdiyim...Söz ver.

Söz ver ki, mənim sənə yazdığım hər bir sms i saxlayacaqsan. Söz ver ki, mənimlə olduğun hər dəqiqəni yaddaşına həkk edəcəksən. Söz ver ki, aldığın hər nəfəsdə mən yadına düşəcəm. Söz ver ...Söz ver.....Sənə verdiyim sevgini başqasında tapmayacaqsan, axtarmayacasanda. Sadəcə söz ver ki, "Səni sevirəm" sözünü başqasına deməyəcəksən...

Ehh...

Nə çox söz istədim səndən deyilmi? Yaxşı...sadəcə istəklərimi birləşdirib səndən bir söz istəyirəm:
Söz ver ki, yanımda olacaqsan...
Söz verki, həmişə yanımda olacaqsan!

Söz ver ki, yanımda olacaqsan...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.