Get... (Nə olar, Getmə...)

09 Mayıs 2015
1 602
0
Get... (Nə olar, Getmə...)
Get... (Nə olar, Getmə...)


Get .Üzümə elə baxma get. Heç dayanma , bir gedənin bir daha dönə bilməyəcəyi qapı orada , Get. Heç bir şey açıqlamaq məcburiyyətində deyilsən. Gedərkən söyləyəcək şey tapa bilməz insanlar. Sən bəhanələrinin arxasına sığınanlardan olma ,GET….
Get... (Nə olar, Getmə...)
( Halbuki daha doya bilmədim sənə. Qoxunu kifayət qədər çəkə bilmədim içimə.Hələ edəcəyimiz nə çox şey vardı.Nə çox şey planlamışdığ..İndi nə edəcəyimi bilmirəm mən. Necə dayanacağam ayaqda? "Qal" desəm qalarsanmı yar? Necə istəyirəm yalan belə olsa "Bu gediş yalnız zərurətdən , gözlə məni dönəcəyəm" dəməni….)

Hər eşq bitər səndə get. Həm onsuz da bitəcəyi daha başdan müəyyən bir sevda idi bizimkisi. Sən getməsən də bir gün mən gedəcəkdim. Amma unudulanın unudanı heç bir zaman unutmayacağını bilirəm deyə istəmədim sənə bunları yaşadım. Hər kəs öz seçimini yaşayar və sən seçimini etdin. Rahat ol , Get. Ağılın qalmasın buralarda. Dramatik vidaların qəhrəmanları olmayaq , GET.
Get... (Nə olar, Getmə...)
(Mənim ağılım səndə qalacaq. Yalnız ağılım deyil ürəyim də .Bitməzdi bizim eşqimiz. Əsla tərk etməzdim səni. Mənliyimi , varlığımı , həyatımı qürurumu həsr etmişdim mən bu eşqə. İndi kimi ya da nəyi seçdiyinin nə əhəmiyyəti var artıq. Ağlayacağam ardından, dözə bilməyəcəm, ağlayacağam…..)

İstəsən dost qala bilərik, xəbərləşərik bir-birimizlə. Xoşbəxt olmağını istəyərəm. Sən xoşbəxtliyə layiq bir insansan. Əlbəttə məndə xoşbəxt olacağam narahat olma, GET. Həyatımıza başqaları girəcək və biz bəlkə də birlikdə yaşadıqlarımızı bir müddət sonra xatırlamayacağıq belə, GET. Hansı yara sağalmamış ki bu günə qədər? Hansı atəş sönməmişki? Etməyin lazım olanı et......... GET.

(Sənsiz xoşbəxt ola bilərəmmi mən yar? Unuda bilərsənmi bu qədər asan? Yaşadığımız o qədər şeyi silə bilərəmmi? Mümkün deyil , səni içimdən çıxardıb atmağım mümkün deyil. Bilirəm heç bir dərman yaxşılaşdırmayacaq sənin açdığın yaranı. Sənin yandırdığın sevda atəşi heç bir zaman sönməyəcək. Xoşbəxt olma yar, mənim kimi səndə xoşbəxt olma. Bəlkə o zaman yenidən dönərsən mənə ….BƏLKƏ )
Get... (Nə olar, Getmə...)
İndi zaman keçir artıq ,get. Həm niyə sifətin asıq? Sevinməlisən getdiyinə. Əslində sənə təşəkkür etməliyəm. Məni bu ağır,aşan yükünü daşımaqdan qurtardığın üçün. Rahatladım bilirsənmi? Məndə qalan bir neçə parça əşyanıda göndərərəm ardından. Fürsət tapdıqca axtararam səni, indi isə GET.

(Getmə mənim gözəl sevdalım , getmə. Məni bu axmaq dünyada tək başıma buraxıb getmə. Gedibdə ürəyimi öldürmə. İçim ağrıyır, ürəyim sıxılır. Mən əsl sənsizliyin yükünü daşıya bilmərəm getmə.Nə olar, Getmə...)
Get... (Nə olar, Getmə...)
Get... (Nə olar, Getmə...)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.