Yad İnsan (1)

12 Mayıs 2015
1 717
0
Yad İnsan (1)
Yad İnsan (1)


Sonra güzgüyə baxdım. Ama.. O, güzgüdəki insan, çox yad idi. Onu sevməmişdim. Saxta olmasa belə, tək bir xoşbəxtlik qırıntısı saxlamayan gülüşlə o insan mənə çox yad idi. Hələ gözlərini demirəm. Sanki dənizdə gəmiləri batıb. Sanki bütün dünyaya düşməndi. Həm kədər, həm də nifrəti eyni anda necə daşıya bilirdi o qəhvəyi rəngdə sadə gözlər? Ətrafa necə bu dərəcədə `mənasız yaşıyırsız` baxışları göndərə bilərdi?

Bir az aşağıya endi gözlərim. Güzgüdəki adamın qollarına. Üzərində izlər var idi. Bu bir milçək yarası deyildi. Kəsik idi. Ya da `pişik cırmağlayıb` adı verilmiş bir intihar cəhdi. Özü belə bilmir. Hə, o, o izlərə baxanda `mən niyə bunları eləmişəm?` diyə bir sual verdi özünə. Bunu səsli söyləməmişdi ama onu dinliyirdim. O, bunu demişdi. Hətta bu səssiz sualı içindəki bağırtıların arasında ən çox diqqətimi çəkən şey olmuştu.

Güzgüdəki insan ölürdü.. Kədər onu gücləndirirdi. Bəli, onun qollarına baxıb yenidən gözlərində birləşən baxışlar ona aciz baxa bilmirdi. Çünkü xaricdən kədərləri onu gücləndirən bir şəxsiyyət idi. Bir insan. Ama güclü bir insan. İntihar edən insanlar acizmiş.. Onlar güclüdülər. Ya da mazoşist. Ama ilk seçim daha anlamlı gəlir bəlkə də.

O, qolundaki cizgilərdən utanmır. Bəs mən? Mən..

O, qorxulu biri deyildi. Sadəcə içindəki nifrəti dolub daşmışdı. Baxışlarında nifrəti əskiy edə bilmirdi. Kin və nifrət dolu baxışlar. Axı, onu heç kim başa düşmür. Axı, insanlar onun yaralarını qanatmağdan başqa bir işə yaramır. Axı, insanlar ona bu mənasız kininə görə qınayır

Qolunda 37 dənə intihar daşıyan bu insan.. Bu insan, kədərin özüydü. Üzüntü onun sığınacağı olub. Ağladığında ağzından tökülən melodik hıçgırıqlar dostları olub onun. Beynindəki susmağ bilməyən qışqırığlar, bağırışlar, yalvarışlar. Düşüncələri `məni burdan çıxart` deyə yalvarırdı ona.. Söylənməmiş sözlər, zamana bıraxılmamış qışqırığlar boğazını ağrıdırdı..

Susurdu o. Qışqırarağ susurdu.. Bağırarağ susurdu.. Qulağ batırıcı bir susqunluğ idi bu.
Yad İnsan (1)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.