Sanki sən var idin səni gəzirdi

12 Mayıs 2015
1 864
0
Sanki sən var idin səni gəzirdi
Sanki sən var idin səni gəzirdi


Dünən bir ünvana yol aldım özüm
Ordan varlığının ətri gəlirdi,
Nədənsə tutuldu ağzımda sözüm
Həyacan bürüdü dizim əsirdi ,

Yollarda tanışdı elə bil mənə
Bir duyğu əks oldu qəlbə ürəyə
Gözlər dikilərək hər pəncərəyə
Sanki sən var idin səni gəzirdi

Dünən pıcıltılı bir səsdə duydum
Deyirdin bura bax,burdayam burda ,
Cevrilib geriyə dönüb baxınca
Gördüm öz kölkəmdi O,əylənirdi ..


Dünən varlığımda titrək olmuşdu ,
Özümdə bilmirdim mənə nolmuşdu,
Könlum vücudunu anıb duymuşdu
Oralar nə gözəl xoş görsənirdi ...

Müəllif : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.