Yad insan (Bölüm 6)

15 Mayıs 2015
1 312
0
Yad insan (Bölüm 6)
Yad insan (Bölüm 6)


Belə Sevdim mən səni. Böyük bir ürəklə sevdim. Gözlərim deyil, ürəyim idi səni görən.
Sən damarlarımdakı qana qarışıb, gəldin oturdun ürəyimə. Bir başqa yerdə
ola bilməzdin onsuz da. Sən, mənim ən qiymətli yerimdə, ürəyimdə olmalı idin,
orada qalmalı idin. Çox eşqə ev sahibliyi edən bu ürək, ilk dəfə bu qədər
asan qəbul etdi səni. Hər hansı bir qonaq deyil idin artıq. Buna görə nə
qarşılama təlaşı vardı, nə də yola salma. O ürəyin gerçək sahibi idin.
İndi yazdi, yaya giririk ... Mən dörd mövsüm baharı yaşadım
səninlə. Çiçək çiçək açdın ürəyimdə. Göy qurşağı zəif qaldı, sənin
rənglərin qarşısında.


Təzə bir yarpaq kimi yaşıl idin. Təravətli idin
çəhrayılığınla. Üzərinə qar dənələri düşmüş sarı gül idin. Qırmızı idin bir
atəş kimi. Və mavi idin... Ən çox bu rənglə xatırlamağı sevdim səni. Dənizə
tutqundum, dənizi sənsiz, səni də dənizsiz düşünə bilmədim.Səni sevərkən dünyanı da sevdim mən, insanları da... Özümə belə dar
gəlirkən, içində hər kəsə yer olan bir həyatın sahibiydim artıq. Ən qızğın,
ən dözümsüz olduğum anlarda belə, səni düşünmək çatdı mənə. İçimdəki
sevinc üzümə əks olundu, güldüm. Məni elə güldürən sənin sevgin idi və
mən qayğısız, içdən gülüşün nə demək olduğunu, necə gözəl bir şey
olduğunu anladım səninlə...


Hər şeyə baxmayaraq sevdim səni. Güclüydüm və aşa bilməyəcəyim heç bir çətinlik
yox idi. Böyük bir şəhərə, böyük bir ölkəyə baş tuta bilərdim. Sən əlimdən
tutduğunda, partlamağa hazır bir vulkan kimi hiss edərdim özümü. Mənzil
sən idin və mən o mənzilə çatmaq üçün önümə çıxan hər şeyi yox edə bilərdim.
Sənə çatmamı maneə törədəcək hər şeyi əridərdim, kül edərdim. Sənə
çatdığımdasa sakit bir gölə çevrilərdim. Və o gölə bir tək sən
girə bilərdin.Sevdim və pərəstişkardım da... Hər halın çəkdi məni. Duruşunu, yatmanı,
gülməni, hirslənməyini, mat qalmağını, saflığını, hiyləgərliyini, uşaqlığını,
yetkinliyini sevdim. Səsini də sevdim susqunluğunu da.
Kiçik oyunlarını, kaprizlərini, qorxularını sevdim. Səni və o
doyumsuz sevdanı, uçqun sevdanı izah edəcək söz tapa bilmədim çox vaxt.
Sığmadın cümlələrə və heç bir cümlə səni
kifayət qədər təsvir edəcək qədər dərin olmadı.Səni sevərkən yorulmadım. Çünki sən həyat qaynağı idin. Hər gün yeniləndim.
Səninlə çoxaldım, böyüdüm. Əskik qalan neyim varsa tamamladın.
Ölməyəcəkdim çünki sən ölməzliyin də özü idin.Sevdim. Sevdim. Sevdim. Sonrası yox...


Yad insan (Bölüm 6)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.