Kaş Ki

17 Mayıs 2015
1 381
0
Kaş Ki
Kaş Ki


Kaş Ki Kaş ki tez keçəydi qış...
Yenə bahar gələydi.
Kaş ki o körpə hisslər,
Doğulmamış öləydi...
Kaş ki səbəbsiz yerə,
Məcbur edib özünü,
Mənə dönüb üzünü,
Özgəyə getməyəydin...
Uşaqlıq etməyəydin...
Gözümdən itməyəydin...
Kaş ki gəlib bir gecə,
Ürəyimi alaydın...
Yenə mənimlə birgə,
Xəyallara dalaydın...
Səhvlərinin səbəbin,
Bir-bir başa salaydın...
Kaş ki aglım başımda,
Sən yanımda olaydın...
Nə tanrı izin verdi,
Nə də ətrafdakılar...
Tanrı izin versəydi,
Belə olmazdı məncə.
Kaş ki razı salardım,
Ananı səndən öncə...
Kaş ki bir gün bir nəfər,
Gətirsin səndən xəbər...
Desin unudub səni,
Şad firavan yaşayır...
İndi sənin adını,
Onun oğlu daşıyır...


Kaş Ki
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.