Sən niyə bu qədər gözəlsən axı ...

23 Mayıs 2015
6 860
0
Sən  niyə bu  qədər gözəlsən  axı ...
Sən  niyə bu  qədər gözəlsən  axı ...

Yanağın al lalə, dodağın püstdə
Nə desən deginən gözümün üstdə
Vuruldum ilk dəfə səni görəndə
Sən niyə bu qədər gözəlsən axı ...?



Bu necə məhəbbət bu nə sevgidir,
Baxışın qəlbimi aram titrədir
Görəndə tutulur nədənsə dilim ,
Sən niyə bu qədər gözəlsən axı ...?


Sən  niyə bu  qədər gözəlsən  axı ...

Yoxdu tay bənzərin,bu cahanda tək ,
Məni mənliyimdən alan bir mələk ,
Röyama gəlmişdin dedimki görcək ,
Sən niyə bu qədər gözəlsən axı ...?
.

Sən  niyə bu  qədər gözəlsən  axı ...

Söylə gözəlliyi hardan almısan ,
Məni odlamısan məni yaxmısan ,
O,gün məktubumda sənə yazmışam,
Sən niyə bu qədər gözəlsən axı ...?


Sən  niyə bu  qədər gözəlsən  axı ...

Seymur olubdu əsirin sənin ,
Qəlbində xüsusi varındı yerin ,
Susma cavab söylə gül üzlü pərim ,
Sən niyə bu qədər gözəlsən axı ..?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.