Bu şirin yuxudan oyanmaq

25 Mayıs 2015
1 171
0
Bu şirin yuxudan oyanmaq
Bu şirin yuxudan oyanmaq
Bu şirin yuxudan oyanmaq
Nədir əllərinin bu soyuqluğu?
Alov gözlərinin istisi hanı?

Madam ki,sönübdür eşq ocağımız,
Bəs közü,bəs külü,tüstüsü hanı?
Geriyə dönməkmi?Bu mümkün deyil!
Bu yolu özümüz seçib gəlmişik.
Biz ki,bu günlərə,bu saatlara...

Kimlərdən-nələrdən keçib gəlmişik.
Bizim ki,xeyrimiz-şərimiz birdi,
Bizim xəmirimiz birgə yoğrulub...

İlk dəfə deyil ki,ayrılıq oxu
Bizim eşqimizin üstə doğrulub.
Biz ki,qanunları,boş inancları,
Bütün qaydaları pozub sevmişdik?!

Biz ki,bu sevgini bir yuxu kimi
Fərqli yorumlayıb-yozub sevmişdik?!
Bir vaxt ürəyini yandıran eşqin,
Qəlbində qoyduğu iz gedə bilməz!

İsinə bilirsə əlin əlimdə,
Demək ayrılıqdan söz gedə bilməz!
Bizi keçməkeşli yollar gözləyir,
Tələsmək gərəkdir,dayanmaq olmaz!

Bütün yaşananlar yuxu da olsa,
Bu şirin yuxudan oyanmaq
Bu şirin yuxudan oyanmaq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.