Yaman Sənsizləmişəm

26 Mayıs 2015
1 554
0
Yaman Sənsizləmişəm
Yaman Sənsizləmişəm

Yaman Sənsizləmişəm

Neçə vaxtdır səndən uzaq düşmüşəm. Bilirsənmi sənsiz günlər necə darıxdırıcı keçir? Üzüm gülmür, ürəkdən sevinmirəm. Vallah günün nə vaxt çıxdığını, nə vaxt batdığını da bilmirəm. Deyəsən zamanın axarınıda itirmişəm. Gülüm, həsrətindən kövrəlmişəm, dolmuşam, yaman sənsizləmişəm. Qəlbimə dərd yığılıb qalaq-qalaq. Ağrımı azaltmaq üçün yaramı yüz yerdən tikib, min yerdən vurmuşam calaq. Ey ay üzlüm, ürəyimdən keçir ki, bir gün yenə də sizə gələm, bir yerdə olaq. Amma sen barışmaq istəmirsən, məni həyatda tək tənha qoyursan. Həsrətini çəkməkdən quruyub göz yaşım. Qəm-qüssədən ağarıb başım. İndi kədər olub yol yoldaşım. Daha zülm zülm sızıldamaqdan təngə gəlmişəm. Bu da son cəhd, son an. Sanki elənindicə dayanacaq, donacaq zaman. Bütün gücümü toplayib görüşünə gəlmişəm. Daha dözümüm qalmıyıb, gücüm tükənib. Mən həsrəti belə gücsüz bilməzdim. Sənsiz yaşamaq, sənsiz olmaq nə qədər çətin imiş. Ona görə indi üzümə üz bağlayıb ayağına gəlmişəm ki, gülü , gəl barışaq, yaman sənsizləmişəm. İnanmıram ki, məndən sonra kiməsə ürək acasan, könül baglayasan. Yəqin sən də gizlin-gizlin həsrət çəkirsən. Nə bilim, bəlkə elə xəlvət-xəlvət ürəyində hələdə məni sevirsən. Sadəcə olaraq utanib bunu demirsən. Yaxşı ki, həyatımda sən olmusan, səni sevmişəm. Yoxsa ömrüm başdan-başa boz səhralıq, quru çöllük olardı. Ay canim, bəs onda yadımızda ötən günlərdən nə qalardı, İndi ayrılıq çağlarında xatirələrinlə yaşamaq da mənə xoşdur. Çünki onlardada sənin qoxun var. Gülüm, bu vaxta qədər belə acı həsrət çəkməmişəm, indi yaman sənsizləmişəm. Hərdən ürəyimə damır ki, indicə zəngin gələcək. Telefonun dəstəyindən şaqraq səsin eşidiləcək. Küsgün ürəyim açılacaq, kədərli üzüm güləcək. Həsrətlə gözləyirəm, telefona dikilib baxişlarım, səbirsizliklə vaxtı izləyirəm. Günlər, saatlar keçir, ama nə zəng, nə də mesaj gəlir. Sakitlik, sənsizlik və təklik məni sıxır. Bu lal sükutda yalnız ürəyimin səsini eşidirəm. Söylə, indi hardasan? Barı heç olmasa səsimdən duyursanmı ki, yaman sənsizləmisəm. Həyatım boyu tək səni sevdim, Hüsnü-camalına vuruldum, gözəlliyinin, eşqinin əsiri oldum. Sevgi ocağında yandım, qovruldum. O vaxtlar sənin daxili aləmin də büllur kimi təmiz və pak idi. Buna görə sənə olan sevgim gündən günə coşurdu. Sənə böyük məhəbbətlə bağlanırdım. Elə bilirdim ki, bu sevgi telləri heç vaxt qırılmayacaq. Sənin məhəbbətinlə alışıb-yanırdım. Çünki ürəyimdə yalnız sən vardın. Ürəyimə damıb ki, nə vaxtsa ötən günlərə qayıdacağıq. Bir gün insafa gəlib geriyə dönəcəksən. Əl verib barışacağıq, yenidən qovuşacağıq. Sevgimizin məhəbbət ağacında təzə pöhrələr boylanacaq, çiçəklər açacaq, qəm, kədər bizdən uzaq qaçacaq. Ümidlə o günü gözləyirəm, daha sənsiz dözməyirəm. Kaş ki, bunlar tez olaydı, həsrət arxada qalaydı. Bilirsənmi, niyə gözlərimi yollara zilləmişəm? Çünki yaman sənsizləmisəm. Ey gozəlim, məndən küsüb qacma. Vallah yaman çətindir tənhalıq, yaman zülümdür unudulmaq. Günahın olmadan günlərin birində səni unutsaydım necə olardın? Bax, indi mən eləyəm. Daha yetər, aç könül qapılarını. Gəl barışaq, ataq qəlbimizdən həyatın acılarını. Bil ki, neçə vaxtdır sevgisiz qalmışam, YAMAN SƏNSİZLƏMİSƏM.
Yaman Sənsizləmişəm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.