Səni Unutsam

30 Mayıs 2015
1 590
0
Səni Unutsam
Səni Unutsam
SƏNİ UNUTSAM...

Mən səni unuda bilmirəm,axı,
Unutsam nələri unudam gərək,
Göylərə baxmışıq aylı gecədə,
Unutsam göyləri unudam gərək.
Səni Unutsam
Dənizi unudum,ya dalğaları,
Xatirən yadımdan çıxaydı,barı,
Payızda xəzanı,qışdasa qarı,
Baharda gülləri unudam gərək.
Səni Unutsam
De necə unudum mən səni necə,
Sevgi durna deyil payızda köçə,
Yuxuma gəlirsən mənim hər gecə,
Ayları illəri unudam gərək.


Səni Unutsam
Sənin xəyalındır həsrətlə baxan,
Adındır hər saat qarşıma çıxan,
Qarışıb şəklinə gözümdən axan,
Yağışlı,selləri unudum gərək.
Səni Unutsam
Sinəmdə peşiman ürəyim qaldı
Uçdun əllərimdə lələyin qaldı,
Nələri itirdim,bax nəyim qaldı,
Nələri,nələri unudam gərək.



NÜSRƏT KƏSƏMƏNLİ.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.