Günəşdə üşüyənlər

31 Mayıs 2015
1 487
0
Günəşdə üşüyənlər
Günəşdə üşüyənlər
Yenə gecə...Tənhalıq.Cəmiyyət və içimdəki Şeytan.Yuxuya verdim hamısını.

Yaşayıram səssizliyimdə.Ölümlə aramı kəsən cəmi bircə nəfəs.Səssizliyimi pozanlar əlmin altında alçalan düymələr və mənim qaranlıqdakı bəlkələrlə zəngin suallarım.Günəşə də nifrət edirəm.O da gözümüzü örtür parlaq şüalarıyla.Yalançı insanların ümidverici yalanlarıyla örtdüyü gözümüzü.Ulduzlar da uzaqlarda yanan günəşlər.Bəlkə hərəsinin ətrafında bir yer kürəsi.Hər yer kürəsində də biri təkliyinə çəkilib.Bəlkə o da mənim düşündüyümü düşünür.bəlkə də hər şeyi görmək üçün heç günəş vacib deyil,heç insanlar gecə yatmalı deyil.
Günəşdə üşüyənlər
Bəlkə də ayın dostu tək mən deyiləm.bəlkə ay da nə vaxtsa günəşə qarşı çıxıb. Üzündəki ləkələr günəşin silləsindən. Ya da yerdəkilərdən sıçrayan çırkabdı. Bəlkə ay da özünü özümü tapdığım gecələrdə tapıb?!
Günəşdə üşüyənlər
Bəlkə biz heç göründüyümüzdən də kiçiyik. Hansısa canlıya düşmüş bakteriya, həyatın başındakı bitin orqanizması. Ya da kiminsə şüşə dairə içində fırlanan oyuncağı.
Bəlkə başlanğıcı gözləyən maye damlalar.bəlkə son saydığımız ölümdü.
Elə başlanğıc nöqtəsi.Ölümə səbəblər start üçün salınan bayraqlardı.Bəlkə də bu yazım sizi düşündürdü.Bəlkə heç oxumadınız sonuna kimi...

Gecə bitdi...Səssizlik də bitdi..Amma suallarım cavabsız bəlkələrdə qaldı
Günəşdə üşüyənlər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.